AFFA bu futbolçunu müsahibəsinə görə cəzalandırdı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XII turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:
“Kəpəz”lə oyunda 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” 700 manat cərimə edilib. Eyni matçda meydançaya kənar şəxs daxil olduğuna görə Yevlax təmsilçisi 2500 manat cərimələnib. Meydançaya kənar əşyalar atıldığına görə “Karvan-Yevlax” daha 2000 manat ziyana düşüb. Azarkeşlər tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə görə “Karvan-Yevlax” klub daha 5000 manat cərimə ödəyəcək.
Oyundan sonra “Karvan-Yevlax”ın 6 nömrəli futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verdiyinə görə 1 oyunluq cəzalandırılıb.
Baxış sayı:59
Bu xəbər 25 Noyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















