AFFA bu klubu get gələ salıb Hacıyevdən səs çıxmadı, ümid qaldı Fərəcullayevə
Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan II Liqa klublarından “Şəfa” stadion problemini həll edə bilmir.
Hazırda “ASK Arena”da ev oyunlarını keçirən paytaxt klubu bu stadionu uzunmüddətlik icarəyə götürmək planlarını reallaşdırmaq yönündə addımlar atmaqda davam edir.
Klub stadionu 30 illik icarəyə götürmək niyyətindədi. “Şəfa” tərəfi bu məsələnin alınmayacağı təqdirdə, AFFA-dan yeni stadionun tikilməsi üçün paytaxtda torpaq sahəsi istəyib.
Daha öncə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə görüşən “Şəfa” rəhbərliyi istədiyinə nail ola bilmədi. Hacıyev bu məsələdə onlara kömək göstərəcəyini bildirsə də, hər hansı bir irəliləyiş olmayınca klub başbilənləri yeni baş katib Cahangir Fərəcullayevlə görüşmək qərarına gəldi.
Klub rəsmilərini dinləyən Fərəcullayev onlara bu mövzuda kömək edəcəyi vədini verib.
Məsələyə qarşıdakı 1 ay ərzində yekun vurulacaq. AFFA ya stadionun icarəyə verilməsi yönündə kluba köməklik göstərəcək, ya da şəhərin hər hansı bir yerindən torpaq sahəsi “Şəfa”ya veriləcək.
İdmanxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 02 Aprel 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















