Icma.az
close
up
RU
AFFA dan gözlənilməz addım İlk dəfə açıq şəkildə dedilər

AFFA dan gözlənilməz addım İlk dəfə açıq şəkildə dedilər

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Yeni mövsümdə Azərbaycan futbolunun inkişafına 39 milyon manat vəsaitin ayrılması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Əksəriyyət söhbətin hansı inkişafdan getdiyini sorğulayır. Bildirilir ki, milli komandanın nəticələri və stadionların boş olması milyonlarla vəsaitin hara xərcləndiyini sual altında qoyur.

Futbola ayrılan 39 milyon manat necə xərclənəcək?

Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev deyib ki, 39 milyon manat klubların saxlanılmasına yönəlib.

Onun sözlərinə görə, AFFA-nın 44 milyon manat büdcəsi var:

“Sırf 39 milyondan danışsaq bu, müsbət məqamdır. Çünki ölkədə futbol infrastrukturu, klub sistemi qurulmalı, uşaq futboluna dəstək göstərilməlidir. Hazırda Azərbaycanda bir futbol ierarxiyası formalaşıb. Ona görə də 39 milyonluq büdcənin heç də boşuna xərclənməyəcəyini qeyd etmək olar. Lakin məbləğin ayrılmasına baxmayaraq, ölkədə futbol inkişafı ilə bağlı müsbət məqam yoxdur. Burada tənqidlər haqlıdır. Biz hazırkı AFFA rəhbərliyinin günahkar olduğunu deyirik. Məbləğin ölçüsündən asılı olmayaraq, bir il ərzində heç kim ölkədəki futbol sistemini düzəldə bilməz. Azərbaycanda futbol sisteminin darmadağın vəziyyətdə olması göz önündədir. Uşaq futbolunun sistemi qaydasında deyil, yaxşı stadionlarımız yoxdur, regionlarda inventarlar çatmır və sair”.

Kənan Məstəliyev

Jurnalist bildirib ki, ölkədə futbolun təməli dağılıb:

“Milli komandamız heç bir uğura imza atmır, demək olar, bütün rəqiblərə məğlub olur. Daha yaxşı ola bilər. Çünki son hesabat konfransında yeni AFFA rəhbərliyi öz fəaliyyətlərinə tənqidi yanaşdı, səhvlərini qeyd etdilər, hansısa kiçik uğurun arxasında gizlənmədilər. Əvvəlki AFFA rəhbərliyinin dövründə yalandan hər şeyin əla olduğunu deyirdilər, həqiqəti üzə çıxarmırdılar. Ümid edirəm, Azərbaycan futbolu bundan sonra daha yaxşı vəziyyətdə olacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri