Icma.az
close
up
RU
Banklarla bağlı gözlənilməz addım Əhali kütləvi şəkildə əmanətlərini...

Banklarla bağlı gözlənilməz addım Əhali kütləvi şəkildə əmanətlərini...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycanda əhalinin banklara bağlı bu addımı maraq doğurur. 2015-2016-cı illərdə baş verən devalvasiyadan sonra əmanətçilərin bank sektoruna inamı xeyli zəiflədi. Bu, illərlə davam etdi. Çünki banka milli valyuta ilə yatırılan vəsait bir gecədə böyük dəyər itirdi.

Son vaxtlar isə əks proses başlayıb. Əhalinin banklara inamı nisbətən bərpa olur. Bunun səbəbi devalvasiyanın olmaması ilə bağlıdır. Maliyyə-bank sektorunda xeyli sabitlik yaranıb. Xüsusilə, müddətli əmanət qoyuluşlarına üstünlük verilməsi bu tendensiyanın bariz göstəricisidir. 2025-ci ilin avqustuna olan məlumata əsasən, müddətli əmanətçilərin sayı 173 min nəfəri ötüb ki, bu da ötən ilin sonu ilə müqayisədə 15 faizdən artıq artım deməkdir. Vətəndaşlar maliyyə vəsaitlərini qorumaq və gəlir əldə etmək məqsədilə daha çox bu əmanət formasına üz tutur.

Müddətli əmanət həqiqətən də sərfəlidirmi və bu sahədə hansı risklər mövcuddur?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, inflyasiya fonunda gəlirləri qorumaq ehtiyacı yaranır.

Onun fikrincə, vətəndaşlar pullarını nağd saxlamaqdansa, ən azı müəyyən faiz gəliri əldə etməyə üstünlük verirlər:

“Banklara etimadın artması da bir faktordur. Son dövrlərdə maliyyə sabitliyi, əmanətlərin sığortalanması və dövlətin nəzarət mexanizmlərinin güclənməsi banklara inamı artırıb. Pul vəsaitinin saxlanması üçün alternativlər məhduddur. Azərbaycanda kapital bazarları (səhmlər, istiqrazlar və s.) kifayət qədər inkişaf etmədiyindən insanlar gəlirlərini qorumaq üçün daha çox banka üz tutur”.

İqtisadçı risklər barədə də danışıb:

“Hər bir maliyyə alətində olduğu kimi, müddətli əmanətdə də müəyyən risklər var:

1. İnflyasiya riski – bankın təklif etdiyi faiz dərəcəsi real inflyasiyadan aşağı ola bilər. Bu halda nominal gəlir artsa da, pulun alıcılıq qabiliyyəti azalır.

2. Bank riski – əmanətlər sığortalansa da, yalnız müəyyən məbləğə qədər dövlət zəmanətindədir. Yəni iri məbləğ saxlayanlar üçün risk qalır.

3. Likvidlik məhdudiyyəti – müddətli əmanəti vaxtından əvvəl götürmək istədikdə ya faizdən itirmək, ya da cərimə ödəmək lazım gəlir. Bu isə fövqəladə ehtiyaclarda sərbəstliyi azaldır.

4. Valyuta riski – əmanət manatla olduqda dolların bahalaşması fonunda vətəndaşın qazancı dəyərini itirə bilər. Dollar əmanətlərində isə faizlər nisbətən aşağı olur”.

Akif Nəsirli

Akif Nəsirlinin sözlərinə görə, qısa və orta müddətdə (3–12 ay) sabit gəlir axtaran və riskdən qaçan vətəndaşlar üçün müddətli əmanət ən uyğun variantlardan biridir:

“Uzun müddətdə yalnız əmanətlə kifayətlənmək sərfəli deyil. Çünki yüksək inflyasiya və manatın mümkün devalvasiyası ehtimalları gəlirliliyi azalda bilər. Əgər vətəndaş pulunu yalnız qorumağı düşünürsə, əmanət məntiqlidir, artım və investisiya gəliri istəyirsə, başqa alətlərə (məsələn, dövlət istiqrazları, daşınmaz əmlak, hətta xarici valyutada aktivlər) baxmaq daha məqsədəuyğundur”.

Müsahibimiz deyib ki, müddətli əmanət hazırkı şəraitdə əhalinin əksəriyyəti üçün ən təhlükəsiz və nisbətən sərfəli variantdır:

“Amma tam risksiz deyil. Vətəndaş əmanətini yerləşdirərkən bankın reytinqinə, əmanətlərin sığorta limitinə, valyuta riskinə və inflyasiya səviyyəsinə diqqət yetirməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:30
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri