Icma.az
close
up
RU
AFFA “Futbol Təhsili Vebinarları”na start verib

AFFA “Futbol Təhsili Vebinarları”na start verib

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AFFA tərəfindən “Futbol Təhsili Vebinarları”na start verilib. İlk vebinar “Uşaq və gənclərlə iş: İnkişaf mərhələləri” mövzusuna həsr olunub və 11 akademiyanı təmsil edən məşqçilər iştirak edib.

İdman.Biz bildirir ki, AFFA-nın baş katibinin müavini Elçin Məmmədovun açılış nitqi ilə başlanan tədbirə məşqçi mütəxəssis Sərxan Hüseynov rəhbərlik edib. İnteraktiv formatda keçirilən sessiyada iştirakçılar öz təcrübə və yanaşmalarını bölüşərək müzakirələrə fəal qatılıblar.

Vebinardan sonra iştirakçılar üçün müxtəlif yaş qrupları ilə iş zamanı istifadə oluna biləcək “Məşq Sessiyası Yoxlama Siyahısı” adlı elektron xatırlatma resursu təqdim olunub.

Bu yeni təşəbbüs futbol ekosistemində mövcud ehtiyaclar, klub və akademiyaların çağırışları, həmçinin futbol sahəsində bilik mübadiləsinin və peşəkar şəbəkələşmənin gücləndirilməsi məqsədilə həyata keçirilir. Eyni zamanda bu addım futbol sahəsində davamlı öyrənmə mühitinin formalaşdırılmasına, təcrübə paylaşımının təşviqinə və mütəxəssislərin davamlı peşəkar inkişafına dəstək verməyə yönəlib.

Əsas məqsəd müxtəlif istiqamətlər üzrə həm yerli, həm də xaricdə yaşayan azərbaycanlı futbol mütəxəssislərinin dəstəyi ilə aktual mövzular, yeni yanaşmalar və çağırışlar üzrə təcrübə paylaşımını təşviq etmək, futbol biliklərinin paylaşılması üçün davamlı platforma formalaşdırmaqdır.

İlk olaraq akademiyalarda fəaliyyət göstərən məşqçilər üçün uşaq və gənclərlə iş istiqamətində inkişaf mərhələləri, uşaq psixologiyası və təhlükəsiz mühit mövzularını əhatə edən vebinarların keçirilməsi nəzərdə tutulub.

Növbəti mərhələlərdə isə daha geniş hədəf auditoriyasını əhatə etməklə skautinq, istedadların müəyyənləşdirilməsi, idman psixologiyası, ilkin tibbi yardım, uşaq müdafiəsi, danışılmış oyunlarla mübarizə və digər aktual istiqamətlər üzrə vebinarların təşkili planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 May 2026 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri