Icma.az
close
up
RU
Paşinyan uduzacaq: Ölkəni siyasi futbol medançası na çevirib

Paşinyan uduzacaq: Ölkəni siyasi futbol medançası na çevirib

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Almaniyadakı bazalarından yüzlərlə avadanlıq və texnikanı Ermənistandakı poliqonlara köçürmək niyyətindədir. 

Bu barədə RT nəşri ABŞ-nin dövlət satınalmalar portalında araşdırdığı sənədlərə əsasən yazıb. Məlumata görə, daşınmaların Gürcüstan ərazisindən həyata keçirilməsi planlaşdırılır. Hərbi ekspertlər bu əməliyyatı Pentaqon və Ermənistan ordusu arasında mümkün birgə təlimlərlə əlaqələndirirlər. 

Ekspert icması qeyd edir ki, Rusiya hərbi bazalarının olduğu ölkə ilə bu cür əməkdaşlıq Vaşinqton tərəfindən Ermənistanın hərbi inkişafı kimi qiymətləndirilə bilər. Məlumatda qeyd edilir ki, ABŞ ordusunun material-texniki təminatı üzrə komandanlıq avadanlıqları Almaniyanın Dülmen şəhərindəki hərbi bazadan Ermənistandakı Zar bazasına daşımaq niyyətindədir. Transfer iyulun 16-na planlaşdırılıb və avqustun 7-dək davam edəcəyi gözlənilir. 

Nəqliyyat xidmətlərinin göstərilməsi üzrə tenderdə qeyd edildiyi kimi, Almaniyaya qayıdış 2025-ci il avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub. Müqavilə, həmçinin avadanlığın Ermənistanın Armavir təlim poliqonundan Gürcüstanın Poti limanına daşınmasını da nəzərdə tutur. Nəqliyyat vasitələri, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla, ümumilikdə 151 ədəd texnikanın daşınması nəzərdə tutulur. Logistikadan əlavə, amerikalı hərbçilər Ermənistandakı poliqonda nəqliyyat vasitələrinin yuyulması və Afrika donuz taunundan dezinfeksiyası kimi spesifik xidmətləri də sifariş edirlər. Müqavilə çərçivəsində həmçinin, Ermənistana səkkiz təcili yardım maşını da veriləcək. 

Amma tenderdə bir şərt var: diplomatik icazələrlə bağlı çətinliklər səbəbindən avadanlıqlar Rusiya, Türkiyə və ya Azərbaycan ərazisindən daşına bilməz. Texnikanın köçürülməsinin planlaşdırıldığı Dülmendə ABŞ ordusunun 405-ci sahə dəstək briqadasının bölmələri yerləşir. ABŞ qoşunlarının Avropa və Afrikada əsas logistika operatoru olan bu briqada Almaniya, Polşa, İtaliya, Niderland, Belçika və başqa ölkələrdə arsenal və anbar bazaları şəbəkəsinə dəstək göstərir. Hərbi elmlər doktoru Konstantin Sivkov qeyd edib ki, ABŞ qoşunlarının Ermənistandakı hərəkətləri ABŞ-nin Cənubi Qafqazda təsirini gücləndirməyə şərait yaradır. 

“Konkret müqavilədən danışsaq, söhbət, çox güman ki, yeni ABŞ-Ermənistan təlimlərindən gedir. Texnikanın bioemalı ilə bağlı göstərişləri Ermənistan ərazisinin biolaboratoriyalar üçün istifadəsinə sübut kimi şərh etmək hələ tezdir. Lakin gələcəkdə amerikalıların belə layihələri həyata keçirməyə başlaya biləcəyini istisna etmək olmaz”, - deyə ekspert fikrini bölüşüb. 

Sivkovun sözlərinə görə, Vaşinqton Cənubi Qafqazda İrəvanın Avropa İttifaqı ölkələri ilə hərbi əməkdaşlığını məhdudlaşdırmağa çalışır. “Eyni zamanda, Ermənistanın dondurulmuş vəziyyətdə də olsa, KTMT-nin üzvü kimi statusu ABŞ qoşunlarının bu cür yerləşdirilməsi ilə bir araya sığmır”, - deyə ekspert vurğulayıb. 

RT-nin daha əvvəl xəbər verdiyi kimi, ötən il ABŞ-Ermənistan “Eagle Partner 2024” birgə hərbi təlimləri keçirilib. Həmçinin, birgə tərəfdaşlıq çərçivəsində Ermənistan Müdafiə Nazirliyində ABŞ ordusunun nümayəndəsi fəaliyyətə başlayıb. Sözügedən məlumat ABŞ-nin rəsmi dövlət orqanının saytında yerləşdirildiyinə görə, inandırıcı görünür. Lakin Tramp adminstrasiyası tərəfindən belə bir qərarın qəbul edilməsi daha çox geosiyasi proseslərdən, xüsusilə də iyul ayında ABŞ-Rusiya münasibətlərinin səviyyəsindən asılı olacaq. 

İndiki mərhələdə Ermənistan ABŞ-nin Cənubi Qafqaz siyasətində prioritet ölkə deyil. Nikol Paşinyan hakimiyyəti isə müxtəlif siyasi tryuklar etməklə Co Baydenin prezidentliyi dövründə Ermənistana olan geosiyasi marağı bərpa etməyə çalışır. Rəsmi İrəvan ABŞ-nin Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək siyasətinin davam etməsində maraqlıdır. Paşinyan hökuməti Ermənistanın Qərbə inteqrasiyası üçün Avropa İttifaqı və Fransa ilə yanaşı, ABŞ ilə də hərbi əməkdaşlığa üstünlük verir. İrəvan bunu həmçinin, Ermənistanın təhlükəsizliyinə təminat hesab edir. 

Ancaq Ukrayna müharibəsinin həlli prosesində Tramp adminstrasiyasının Moskvaya güzəştə getdiyi bir vaxtda NATO qoşunlarının Ermənistana daşınması Rusiya ilə yeni bir geosiyasi qarşıdurmanın baş verməsi deməkdir. Hazırda isə rəsmi Vaşinqton postsovet məkanında və Şərqi Avropada Rusiya ilə regional toqquşmadan imtina edir. Bu, həmçinin Rusiya və Ermənistan arasında mövcud olan gərginliyi artıra bilər. 

Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının Nizamnaməsinin 7-ci bəndinə görə, Ermənistan ərazisində alyansa üzv olmayan digər dövlətin hərbi bazası və ya silahlı qüvvələri yerləşdirilə bilməz. Yəni ABŞ qoşunlarının Ermənistana gəlməsi KTMT nizamnaməsinin pozulması deməkdir və Rusiyanın təhlükəsizlik maraqlarına təhdid yaradır. Eyni zamanda, Almaniyadakı hərbi texnikanın və avadanlığın uzaq məsafədə yerləşən Ermənistana və əks-istiqamətdə daşınması xeyli vəsait tələb edir. Hərbi xərclərə qənaət üçün az qala ABŞ-nin NATO-dan çıxmasına imza atmağa hazır olan Prezident Trampın bu məbləğin ayrılmasına razı olacağı sual doğurur. Ona görə də ABŞ-nin Almaniyadakı hərbi bazasını Polşaya köçürəcəyinə dair məlumatlar daha inandırıcı görünür. 

Qeyd edək ki, Donald Tramp Ağ Evə gəldikdən sonra ABŞ ilə Ermənistan arasında Baydenin prezidentliyi dövründə imzalanmış Strateji Tərəfdaşılıq Müqaviləsinin icrasını qeyri-rəsmi dayandırıb. Sazişə uyğun olaraq, ABŞ-nin bir qrup sərhəd və gömrük nəzarəti üzrə mütəxəssisinin Ermənistana göndərilməsi nəzərdə tutulurdu. Lakin Tramp adminstrasiyası bu razılaşmaya əməl etmədi. 

Bu baxımdan, Almaniyadakı ABŞ silahlı qüvvələrinin Ermənistana daşınması daha çox Paşinyan hökumətinin maraqlarına cavab verir. Rəsmi İrəvan bu yolla Ermənistanın Qərbə inteqrasiyanı nail olacağına inanır. Halbuki, Ermənistanın Avropaya inteqrasiyası nəqliyyat və kommunikasiya əlaqələrinin blokdan açılmasından keçir. Yəni Ermənistan Zəngəzur dəhlizini açmalı, Azərbaycanla sülh müqaviləsi imzalamalı və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Zəngəzur dəhlizinin açılması Ermənistanı Avropa və Çini əlaqələndirək “Orta dəhliz”in, eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin tranzit qovşağına çevirə bilər. 

Ermənistan yalnız bu yolla iqtisadi inkişafa nail olmaq, eləcə də Qərbə inteqrasiya etmək imkanı qazanar. Avropa İttifaqının müşahidə missiyasını, yaxud Fransa və ya ABŞ-nin hərbçilərini Ermənistana gətirməklə Avropa siyasi ailəsinin üzvü olmaq mümkün deyil. Nikol Paşinyan Qərblə Rusiya arasında geosiyasi rəqabət yaratmaqla Avropa İttifaqının və ABŞ-nin siyasi dəstəyini əldə edəcəyinə inanır. Yəni Nikol Paşinyan Ermənistanı "siyasi futbol medançası"na çevirib. Bu meydanda isə məğlub olan tərəf Rusiya və Qərb deyil, Ermənistandır. Əslində, Ermənistanın Qərbə inteqrasiyası geosiyasi “oyun”larla deyil, Türkiyə sərhədlərin açılması nəticəsində mümkündür. Buna nail olmaq üçün Paşinyan Zəngəzur dəhlizini açmalı, Ermənistan konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını çıxartmalı, münasibətləri normallaşdırmalıdır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Mart 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri