AFFA İntizam Komitəsi “Sumqayıt”ın prezidenti və baş məşqçisini cəzalandırıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 6 may, AZƏRTAC
AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun prezidenti Raid Rəfiyevlə komandanın baş məşqçisi Saşa İliçi cəzalandırıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar qurumun iclasında qəbul edilib.
Riad Rəfiyev Premyer Liqanın XXX turunun “Kəpəz”lə matçından sonra hakimlərin otağına daxil olduğu üçün ikisi şərti olmaqla, beş oyunluq cəza alıb. Klub isə 5000 min manat ziyana düşüb.
Baş məşqçi Saşa İliç isə hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün qarşıdakı 2 oyunu buraxacaq. “Sumqayıt” serbiyalı mütəxəssisin davranışına görə 5000 manat cərimə edilib.
Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” qarşılaşması Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:AFFA İntizam Komitəsi Rəşad Sadiqovu cəzalandırıb
12 Dekabr 2024 14:29
AFFA İntizam Komitəsi
15 Aprel 2026 21:08
AFFA İntizam Komitəsi iki komandanı ağır cəzalandırıb
05 Dekabr 2024 18:13
AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusunu cəzalandırıb
22 Sentyabr 2025 14:23
AFFA İntizam Komitəsi “Kəpəz”in futbolçusunu cəzalandırıb
26 Fevral 2026 15:11
Baxış sayı:90
Bu xəbər 06 May 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















