Icma.az
close
up
RU
AFFA nın baş katibi: Hamımız İslandiya yığması ilə oyunda millimizdən yaxşı nəticə gözləyirik

AFFA nın baş katibi: Hamımız İslandiya yığması ilə oyunda millimizdən yaxşı nəticə gözləyirik

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Reykyavik, 5 sentyabr, AZƏRTAC

“Komandada əhvali-ruhiyyə yaxşıdır, futbolçular motivasiyalıdır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiya yığmasına qarşı keçiriləcək oyundan öncə jurnalistlərə açıqlamasında deyib.

O, seçmə mərhələyə yaxşı başlamaq istədiklərini bildirib: “Hamımız yaxşı nəticə gözləyirik. Futbolçular əllərindən gələni edəcəklər ki, azarkeşləri sevindirə bilsinlər”.

Baş katib “Nəticəyə uyğun mükafat olacaqmı?” sualına belə cavab verib: “Mükafat fondu var, amma bu, komanda daxili məsələdir. Futbolçular motivasiyalıdır. Bunu bilmək yetərlidir”.

AFFA rəsmisi oyundan qələbə gözlədiklərini söyləyib: “Hər oyuna başlayanda qələbə istəyirsən. Biz də bunu arzulayırıq”.

C.Fərəcullayev yığmanın baş məşqçisi Fernandu Santuşun qarşıdakı iki matçın nəticəsinə uyğun olaraq istefaya göndərilə biləcəyi ilə bağlı iddialara da toxunub: “Belə bir qənaət yoxdur. Hələ mərhələnin ilk oyunudur. Bədbin düşünmək olmaz. Başqa fikir formalaşsaydı, Santuş burada olmazdı”.

Bu gün Azərbaycanın U-21 yığmasının Portuqaliya seçməsinə qarşı keçirəcəyi matçdan da söz açan baş katib deyib: “Ayxan Abbasov yığmada yaxşı işlər görür. Yeni komanda formalaşır. Püşk elə gətirdi ki, ilk oyunda ən çətin rəqib gəldi. Səfərdə oynayacağıq. Məsələ sınaqdan üzüağ çıxmaqdır”.

Qeyd edək ki, bu gün keçiriləcək İslandiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri