Icma.az
close
up
RU
Zaur Həşimov: Hamımız AFFA nın qərarını gözləyirik

Zaur Həşimov: Hamımız AFFA nın qərarını gözləyirik

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan millisinin sabiq müdafiəçisi Zaur Həşimov Apasport.az saytına müsahibə verib.

- Azərbaycan millisi Ukrayna ilə görüşdə bərabərə qaldı. İslandiya məğlubiyyətindən sonra bu cür nəticə olacağını ehtimal edirdin?
- Millimizin İslandiya qarşısındakı ağır məğlubiyyətindən üç gün sonra toparlanaraq Ukraynadan bir xal alması, komandamızın xarakteri olduğunu göstərir. Amma Fernandu Santuş öz işinə davam edərək, Ukrayna önünə də baş məşqçi kimi çıxsaydı, nəticə yenə də ürəkaçan olmayacaqdı.

- Ayxan Abbasovun rəhbərliyi altında komanda necə görünürdü? Ən azından Fernandu Santuşun dövründən çox fərqləndi?
- Ayxan Abbasovun komandanı bu oyuna hazırlamağı nəinki vaxtı az idi, hətta yox dərəcəsində idi desək, yanılmarıq. O, öz üzərinə düşən məsuliyyəti bu dar zamanda uğurla yerinə yetirdi. Ayxan Abbasov komandaya yaxşı motivasiya aşılaya bildi. Bunun nəticəsidir ki, yığmamız qrupda ilk xalını qazandı.

- Hazırda faktiki olaraq millinin baş məşqçisi yoxdur. Necə düşünürsən, Ayxan Abbasovla yola davam etmək olar, yoxsa səncə başqa mütəxəssis gətiriləcək?
- Ayxan Abbasov U21 millimizdə də yaxşı işlər görür. Əsas yığma komandada ona verilən fürsətdən alnıaçıq çıxdı. Hamımız AFFA-nın hansı qərarı verəcəyini maraqla gözləyirik.

- Milli komandamıza Qurban Qurbanov, Rəşad Sadıqov, Elmar Baxşıyev və Ayxan Abbasovun namizədliyi var. Səncə, bu mütəxəssislərdən hansı milli üçün daha uyğundur? Ən əsası, yəqin ki, AFFA bu dəfə yerli mütəxəssisdən yana seçim edəcək?
- Bütün dövrlərdə Azərbaycan millisində yerli mütəxəssisin işləməsinin tərəfdarı olmuşam. Bu gün də bu məsuliyyəti öz üzərinə götürəcək və layiqincə öz işinin öhdəsindən gələ biləcək çox yaxşı məşqçilərimiz var. Birmənalı şəkildə millinin baş məşqçisi azərbaycanlı olmalıdır.

- Azərbaycan millisini qarşıda Fransa ilə görüş gözləyir. İslandiya dünən onlarla 2:2 oynamağa çox yaxın idi. Səncə, Fransa ilə nəyə ümid etmək olar? Böyükhesablı məğlubiyyətin olmaması yaxşı nəticə sayılardı?
- Bəli, bizi oktyabrda ağır Fransa səfəri gözləyir. Fransa millisi dünya reytinqində ilk üçlükdə olan komandadır. Onların gücü hamıya bəllidir. Amma nə olursa-olsun bu oyun baş tutacaq. İlk növbədə AFFA baş məşqçi təyinatını etməlidir. Fransa ilə oyunda daha çox güc sərf etməli olacağıq. Orada əsas prioritet motivasiya və döyüşkənlik olacaq. Necə deyərlər, meydana çıxıb vuruşmalıyıq.

Santuşa verilən pullarla neyləmək olardı? - ANALİZ Millimiz Moldova ilə qarşılaşacaq Gəncə futbolu üçün şad xəbər: İlqar Nadiri dövrü rəsmən başa çatdı AFFA nümayəndəsinə UEFA-dan təyinat “Neftçi” – “Sabah” matçının hakimləri bəlli olub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://apasport.az
archiveBu xəbər 10 Sentyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri