Icma.az
close
up
RU
AFFA nın bonus bölgüsü: Sumqayıt yerlilərlə həm pul qazanır, həm də nəticə

AFFA nın bonus bölgüsü: Sumqayıt yerlilərlə həm pul qazanır, həm də nəticə

Icma.az, Fanat saytına istinadən bildirir.

Məlum olduğu kimi, AFFA İcraiyyə Komitəsinin təxminən bir il əvvəl, konkret, 2025-ci ilin 3 fevralında baş tutan iclasında 2025/2026 mövsümündə Misli Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviq mexanizmi tətbiq etməsi barədə qərar çıxardı. Qərara əsasən, bonus fondu Misli Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödəniləcək rüsumlardan formalaşacaq. Yeni qaydaya əsasən, legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi (minimum 1 000 000 AZN) Misli Premyer Liqasında çıxış edən klublar arasında bölüşdürüləcək. Həmçinin, mövsüm ərzində yerli futbolçuların (əmsallar nəzərə alınmaqla) ən çox xal topladığı klub əlavə mükafat (ümumi məbləğdən 50 000 AZN) qazanacaq.

Hər bir klubun heyətində meydana çıxmış yerli futbolçuların oynadığı ümumi dəqiqə sayı Misli Premyer Liqasının bütün klubların yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun olaraq hesablanacaq.

Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlar üzrə ümumi yerli futbolçu 1,0 əmsal, 21 yaş və daha gənc yerli futbolçu 1,5 əmsal, klubun yetirməsi (əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu) isə 2,0 əmsalla qiymətləndiriləcək.

Hesablama yalnız 90 dəqiqəlik əsas oyun vaxtını əhatə edəcək. Əlavə olunmuş vaxtda meydana daxil olan oyunçular üçün yalnız 1 dəqiqə qeyd olunacaq. Bir futbolçu eyni zamanda bir neçə kateqoriyaya uyğun gəldikdə, onun oyun dəqiqələri ən yüksək əmsalla hesablanacaq. 

Fanat.Az qaydalara uyğun hesablama apararaq hansı klubun daha çox bonus əldə edəcəyini müəyyənləşdirib. 

Bunun üçün ilk növbədə legionerlərə görə toplanan rüsuma diqqət yetirək. Sözsüz ki, istər rüsum, istərsə də bonuslarla bağlı məbləğ mövsümün ilk yarısına əsasən hesablanıb. Qış fasiləsindən sonra bu rəqəmlər dəyişəcək. İstənilən halda, hazırkı mənzərəylə tanışlıq maraqlı olar.

Klublar 2 milyon 340 min manat rüsum ödəyiblər

İlk növbədə xatırladaq ki, Premyer Liqada bu mövsümdən legioner limiti ilə bağlı yeni qaydalar tətbiq olunub. Belə ki, klublar heyətindəki əcnəbilərə görə, əlavə rüsum ödəyirlər. Məhz ötən ilin fevralında keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən rüsumlarla bağlı qərar belədir:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Göründüyü kimi, say artdıqca, məbləğ də yüksəlir və mövsümün gedişində transfer edilən legioner göndərilsə belə, qeydiyyatdakı saydan azalmayacaq.

Premyer Liqa klublarının qış fasiləsinə qədər heyətinə qatdığı əcnəbi oyunçu sayı və onlara görə ödədiyi rüsumlar:

Qarabağ – 16 (585000 AZN)
Neftçi – 15 (385000 AZN)
Zirə – 15 (385000 AZN)
Sabah – 14 (285000 AZN)
Turan Tovuz – 13 (185000 AZN)
Araz-Naxçıvan – 12 (85000 AZN)
Karvan-Yevlax – 12 (85000 AZN)
Kəpəz – 12 (85000 AZN)
Sumqayıt – 11 (75000 AZN)
Şamaxı – 10 (65000 AZN)
İmişli – 10 (65000 AZN)
Qəbələ – 9 (55000 AZN)

Beləliklə, klublar mövsümün ilk yarısı ərzində legionerlərə görə 2 milyon 340 min manat rüsum ödəyiblər. "Legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi"ndəki rəqəmə aydınlıq gəlmədiyi üçün indiki halda "minimum 1 milyon" vəsaitə əsasən pay bölgüsünü hesablamalı olduq. İstənilən halda, minimum məbləğin ikiqatı toplandığı üçün AFFA bonus ayırmaqda çətinlik çəkməyəcək. Qış fasiləsinə qədər rüsumlardan toplanan vəsaitin təxminən 43 faizini bonuslara ayıracaq. 

"Sumqayıt" yerlilərə güvənməyin bəhrəsini görür

Premyer Liqanın 1-16-cı turları ərzində klublar ümumilikdə 123 yerli futbolçunun xidmətindən yararlanıblar. Onların meydanda olduğu ümumi dəqiqələrin cəmi 57910-a bərabərdir. 

Bütün klubların yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun hesablamaya əsasən, ilk "üçlüy"ü "Sumqayıt" tamamlayır. Başqa sözlə, "Qəbələ" və "Kəpəz"dən sonra "bonus fondu"ndan ən çox pay alacaq üçüncü klub "Gənclik şəhəri" təmsilçisi olacaq. "Sumqayıt" 16 tur ərzində 11 yerli futbolçunun xidmətindən yararlanıb ki, onlardan 1-i hazırda komandada deyil. Kamran Quliyev 3-cü turda 6 dəqiqə meydanda olub və bundan sonra "Səbail"ə transfer olunub.  

Saşa İliçin yerli futbolçulara çox güvənməsi "Sumqayıt"ın işinə yarayır. On bir yerli futbolçudan 5-nin klubun öz yetirməsi, həmçinin onlardan 4-nün 21 yaşa qədər olması bonus bölgüsündə ən yüksək əmsalla (2) hesablamaya şərait yaradır. Konkret, Səbuhi Abdullazadə, Nihad Əhmədzadə, Xəyal Fərzullayev, Kənan Feyziyev və Nadir Orucovun meydanda olduğu hər dəqiqə "Sumqayıt"a ikiqat qazanc gətirir. Hərçənd, onlardan yalnız kapitan Səbuhi əsas heyətdə müntəzəm meydana çıxır. Qapıçı Xəyal isə qış fasiləsi ərəfəsində son 3 turda "1 nömrə" funksiyasını yerinə yetirib.   

"Qəbələ" və "Kəpəz"dən fərqli olaraq, "Sumqayıt" yerlilərlə nəticə verməyi də bacarır. Komanda qış fasiləsinə ilk "5-lik"də yollanıb. Həm də 3-cü yerlə xal fərqi cəmi 1-dir. Bu isə məşqçi işinin göstəricisidir.

"Gənclik şəhəri" təmsilçisində forma geyən yerli futbolçuların meydanda qaldığı ümumi dəqiqə sayı 5181-ə bərabər olub. Əmsalları nəzərə aldıqda bu rəqəm 7137-yə çatır. Beləliklə, sumqayıtlıların "bonus fondu"ndakı (1 milyon) payı 9,97 faizə bərabərdir. Bu da 99700 manat gəlir deməkdir. Başqa sözlə, legionerlərin rüsumuna görə 75000 manat xərcləyən klub bu pulu yerlilərə görə əldə edəcəyi gəlir hesabına qarşılayacaq, üstəlik 25 minə yaxın qənaət də etmiş olacaq.  


Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://fanat.az
archiveBu xəbər 07 Yanvar 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri