AFFA nın təşkil etdiyi liqalarda yeniliklər tətbiq olunacaq
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AFFA-nın təşkil etdiyi liqalarda yeniliklər tətbiq olunacaq.
İdman.Biz xəbər verir ki, bu barədə milli assosiasiya məlumat yayıb.
Bildirilib ki, 2025/2026 mövsümü başlamazdan öncə müxtəlif tarixlərdə AFFA-nın inzibati binasında həm Misli Premyer Liqasında iştirak edən klubların, həm akademiyaların, həm digər fərdi komandaların, həm də mərkəzləşdirilmiş regionlarda iştirak edən kollektivlərin nümayəndələrinin onlayn iştirakı ilə görüşlər keçirilib.
Həmin toplantılarda bir sıra məsələlər müzakirə edilib, təkliflər dəyərləndirilib və uyğun olan bəzi yeni qərarlar qəbul edilib.
“Bildiyiniz kimi, AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11 və AFFA U-12 liqalarında nəticələr qeydə alınmır, turnir cədvəli tətbiq edilmir. Həmin yaş qruplarının oyunlarında tez-tez böyükhesablı nəticələrlə rastlaşırıq. Oyunçuların futbola olan həvəsinin azalmaması və matç balansının təmin edilməsi məqsədilə AFFA rəhbərliyi bu mövzu ətrafında geniş müzakirələr aparıb və bu nüansı aradan qaldıra biləcək qərar qəbul edib.
Yeni qərara əsasən, hər hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq 6 qol olarsa, məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər. Hesab fərqi 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməlidir.
Yekun olaraq, 3 qol fərqi olanda əlavə 1 oyunçu, 6 qol fərqi yaranan zaman əlavə daha bir oyunçu meydana daxil ola bilər. Qol fərqi 4-ə və 2-yə enərsə, meydana daxil olan oyunçular müvafiq qaydada meydanı tərk etməlidirlər. Hesab fərqinə görə meydana əlavə olaraq çıxa biləcək oyunçuların sayı maksimum 2 nəfər olmalıdır”, - deyə məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 23 Yanvar 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















