Icma.az
close
up
RU
GDU da yaz imtahan sessiyasında yeniliklər tətbiq olunacaq

GDU da yaz imtahan sessiyasında yeniliklər tətbiq olunacaq

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə Dövlət Universitetində (GDU) yaz semestrinin imtahan sessiyası başlayıb.  İmtahan sessiyası Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin “2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinin tələbləri gözlənilməklə təşkil edilib. Gəncə Dövlət Universitetində imtahanlar yazılı, şifahi, test üsulu ilə, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək.

İmtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi və auditoriyalarda imtahanların aparılması üçün lazımi şərait yaradılıb, bütün texniki və təşkilati işlər vaxtında görülüb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb.

2 iyun 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov  auditoriyalarda imtahan prosesini yaxından izləyib. Rektor imtahanın gedişi ilə əlaqədar tələbələrin fikirlərini və onları maraqlandıran sualları dinləyib, müvafiq struktur rəhbərlərinə göstəriş və tapşırıqlarını verib. Tələbələr də öz növbələrində universitetdə imtahan zamanı obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Universitetdə İmtahan Mərkəzi, İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil edilib, auditoriyalara müasir kameralar quraşdırılıb. İmtahanların keçirilməsinə dair təlimat hazırlanıb və GDU-nun rəsmi saytında yerləşdirilib.

Bu gündən start verilən yeni sessiya dövründə də tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi prioritet seçilib. Bununla bağlı Gəncə Dövlət Universitetində bir sıra yeniliklər tədbiq olunub. Yeniliklərdən biri yazılı imtahanlarda işlərin qiymətləndirilməsi üçün kənar universitetlərin əməkdaşları da dəvət olunacaq.

Bildirək ki, hazırda imtahanlar yazılı və qabiliyyət formasında aparılır. Gün ərzində 2500-ə qədər tələbənin imtahanda iştirak etməsi nəzərdə tutulur. Yazılı formada olan imtahanlar 10 iyun tarixinədək davam edəcək. Yeni kurikulumun pilot layihəsi üzrə hazırlanan Biologiya müəllimliyi ixtisasında təhsil alan tələbələr bir fəndən yazılı, digər fənlərdən isə şifahi formada imtahan verəcəklər. 3 iyul tarixdə isə tələbələr komputerdə test üsulunda imtahanda  iştirak edəcəklər.

Gəncə Dövlət Univeristeti yeni texnologiyalarla təhsildə keyfiyyəti artırmağa davam edir. Belə ki, GDU-da test imtahanlarında istifadə olunan server infrastrukturu yenilənilib, yeni optik  xətlərlə təmin edilib.

Nəzərinizə çatdıraq ki, GDU-da “Ultra” şirkəti ilə bağlanmış müqaviləyə əsasən “EduMan Platforması”nın digər modulları – elektron jurnal, elektron İmtahan idarəetmə və digər sistemlər mərkəzləşdirilmiş formada tətbiq olunur. Müasir texnologiyalar əsasında işlənib hazırlanan imtahan sistemi öz obyektivlik və şəffaflığı, mövzuların tam əhatəsi baxımından seçilir. Universitetdə Test İmtahan Sisteminin işlənib hazırlanması üzrə texniki tapşırığa əsasən “Elektron İmtahan Sistemi” proqramında təhsil müəssisəsinin  imtahan prosesində istifadə olunanan sual bazası, test bazası, keçiriləcək imtahanların cədvəli və keçirilmiş imtahan üzrə məlumatlar saxlanılır.  “Elektron İmtahan Sistemi” – təsdiqlənən testlər, imtahan qeydiyyatı, imtahanlar, hesabatlar, sual bankı modulu və test bankı modulundan ibarətdir.

Proqramın üstünlüyü bir də ondan ibarətdir ki, tələbə semestr ərzində imtahana qədər topladığı balla birgə həmin fənn üzrə yekun qiymətləndirməni də öz şəxsi kabinetində görə bilir. Tələbə kabinetinin İmtahan cədvəli menyusunda tələbənin imtahan cədvəli və imtahan sualları menyusunda isə tələbəyə göndərilmiş imtahan sualları əks olunur.  Sistemdə universitetdə keçirilmiş hər bir imtahan və onun nəticələri imtahan keçirildikdən sonra 24 saat ərzində avtomatik olaraq İmtahanlar  bölməsinə düşür.

Hər il olduğu kimi, bu il də Gəncə Dövlət Universitetində imtahanlar ictimaiyyətə açıq keçiriləcək. İmtahan sessiyası dövründə universitetin İctimai Nəzarət Şurasının, valideynlərin və ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinin keçirilməsi də nəzərdə tutulub.

İmtahan sessiyasının 4 iyul 2025-ci il tarixdə yekunlaşması nəzərdə tutulur. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyun 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri