Icma.az
close
up
RU
AFFA nümayəndəsinin, hakim inspektorun və ya başqasının Əsasnaməni bilməməsi isə öz problemidi Sənan Abdullayev

AFFA nümayəndəsinin, hakim inspektorun və ya başqasının Əsasnaməni bilməməsi isə öz problemidi Sənan Abdullayev

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsinin dekabrın 23-də keçirilən iclasında 1-ci liqa komandası “Zaqatala”ya texniki məğlubiyyət verildi. Futbol qurumu bu qərarı həm də 1200 manat cərimələnən bölgə təmsilçisinin 11-ci turda MOİK-i qəbul etdiyi matçda legioner limitini pozmasıyla əlaqələndirdi.

Xatırladaq ki, bu mövzuda daha ətraflı məlumat almaq üçün baş məşqçi Rüstəm Məmmədovla əlaqə saxlamışdıq:

“53-cü dəqiqədə Habibu Abdurəşid qırmızı vərəqə alaraq meydanı tərk etdi. Belədə meydanda iki legioner futbolçu qaldı. Legioner limitinin pozulması üçün bu say 3-ü keçməlidi. Biz də 61-ci dəqiqədə Matondo Lumbu Preddini meydana buraxdıq. Təbii ki, bundan əvvəl qaydalarla bağlı bilgi almaq üçün oyundakı baş hakim (Rəvan Həmzəzadə), hakim-inspektor (Munis Abdullayev) və AFFA nümayəndəsinə (Mübariz Hüseynov) müraciət etdik. Lakin onlar məlumatlı olmadıqlarını bildirdilər. Biz də hesabda geridə olduğumuzdan növbəti legionerə şans verdik. Görünür, qərarı yanlış anlamışıq. Sən demə, qırmızı vərəqə alan futbolçu da Əsasnamədə həmin limitə daxil olurmuş. Hər halda, səhvə yol verməsək, cəza almazdıq. Düşünürük ki, bizi bu barədə maarifləndirməliydilər. Düzdü, həmin oyunda onsuz da 1:3 hesabıyla uduzmuşduq. Lakin qalib gəlsək, indi çox acınacaqlı durum ortaya çıxacaqdı”.

Maraqlıdı, bəs, Peşəkar Futbol Liqasının bu məsələ ilə bağlı mövqeyi necədi? Hər halda, Rüstəm bəyin dedikləri yetərincə ciddi problemləri gün üzünə çıxarır. Təsəvvür edin, AFFA nümayəndəsinin, hakim-inspektorun, baş hakimin Əsasnamənin tələblərindən xəbəri yoxdu. Bununla belə, baş məşqçi bu mövzuda maarifləndirilməli olduqlarını düşünür. Qurumun Media və marketinq üzrə direktoru Sənan Abdullayevi dinləyək:

“Əvvəla onu deyim ki, bu məsələ ilə bağlı Əsasnamədə konkret bəndlər mövcuddu. Belə ki, Əsasnamənin 3-cü maddəsinin 13.1 və 13.2 bəndlərində qeyd olunur ki, 1-ci liqada limit 8+3 prinsipinə uyğun müəyyənləşdirilir. Start heyətində 8 nəfər Azərbaycan vətəndaşı olan futbolçu yaş limiti olmadan iştirak edə bilər. Start heyətində maksimum 3 legioner futbolçu ola bilər. Komanda 11 futbolçudan az oyunçu ilə meydana çıxmaq məcburiyyətindədirsə, bu zaman legioner futbolçu limiti pozulmamalıdı. Həmin maddənin 15-ci bəndində isə qeyd olunur ki, əvəzetmə zamanı limit pozulmamalıdı. 19-cu bəndin 6-cı alt bəndinə görə isə əvəzetmə zamanı futbolçulara tətbiq olunan limit pozularsa, bu zaman məsələ AFFA İntizam Komitəsində müzakirəyə çıxarılır. Onu da bildirək ki, Əsasnamə təkcə klublar üçün yox, həm də futbolda çalışanlar bütün şəxslərə aiddi. İstər AFFA nümayəndəsi olsun, istərsə də PFL əməkdaşları. Hər kəs Əsasnaməni maksimum dərəcədə bilməlidi. Təbii ki, maddələri əzbərləmək olmaz. Sadəcə, “Zaqatala”da da Əsasnaməni yaxşı şəkildə bilən şəxs olmalıdı. Baş məşqçinin bilməməsi başadüşüləndi. Əvvəlcə AFFA nümayəndəsindən yox, klub nümayəndələrindən soruşmaq vacibdi. Bu problem yaşanana qədər ətraflı məlumat olmalıdı. Belə hallara 1-ci liqada tez-tez rast gəlsək də, premyer-liqada nadir hallarda görünür. Çünki bu liqada Əsasnamədən xəbərdar olan, məhz bu məsələlərdə cavabdehlik daşıyan şəxslər var. Həm də etiraf edək ki, premyer-liqa klubları peşəkarlıq baxımından bir addım öndədi. AFFA nümayəndəsinin, hakim-inspektorun və ya başqasının Əsasnaməni bilməməsi isə öz problemidi. O başqa məsələ ki, əlbəttə, bilməlidilər. Yenə də klub daxilində Əsasnamədən məlumatı olan şəxslər olmalıdı. Yox, 1-ci liqa klubları bu yöndə maariflənmək, təlim almaq istəyirlərsə, biz həmişə hazırıq. PFL-in hansısa klubun müraciətinə “yox” dediyini xatırlamıram. Xüsusən bu yöndə təbliğata hazırıq”.

KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Dekabr 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri