Hakimlə AFFA nümayəndəsinin əsasnaməni bilməməsi Zaqatala nın texniki məğlubiyyətinə səbəb oldu
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
1-ci Liqanın 11-ci turunda öz meydanında MOİK-ə 1:3 hesabı ilə uduzan "Zaqatala"ya legioner limitini pozduğu üçün texniki məğlubiyyət verildi. Bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb yanlışlığa yol vermələrinin səbəbini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Habibu Abdurəşid 53-cü dəqiqədə qırmızı vərəqə alandan sonra yerli futbolçu Roini İsmayılovu digər legioner Matondo Lumbu Preddi ilə əvəzlədik. Legioner limitinin 8+3 olduğunu təbii ki, bilirik. Amma həmin vaxt çaşqınlıq yarandı. Çünki əsasnamədə bu məqam ətraflı şəkildə izah olunmayıb. Texniki məğlubiyyətin səbəbi bir qarşılaşmada 4 legionerin meydana çıxmasıdır. Başqa sözlə, eyni vaxtda yerlilərin sayının 8 yox, 7 olması bu cəzanın verilməsi ilə nəticələndi.
Əslində, dəyişikliyi etməmişdən əvvəl həm 4-cü hakimdən (Ruslan Quliyev), həm AFFA nümayəndəsindən (Mübariz Hüseynov) yerlini legionerlə əvəzləməyin qayda pozuntusu olub-olmadığını soruşduq, onlar da bilmədilər. Hakim-inspektor isə yuxarıda klubun prezidenti Şaban Şirdanovun yaxınlığında idi. O da konkret nəsə demədi. Onları suçlamaq niyyətindən uzağam.
Günahı kiminsə üstünə atmırıq. Dediyim budur ki, belə bir kuryoz vəziyyət yarandı. Problem maarifləndirmədədir. Yəni əsasnamədə yazılanların bəzilərini ətraflı izah etmək də lazımdır. Bu, ümumi problemdir. Uduzduğumuzu nəzərə alsaq, texniki məğlubiyyəti faciə saymırıq. Amma qalib gəlsəydik, hər şey başqa cür olacaqdı".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 24 Dekabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















