AFFA rəsmiləri Xorvatiyaya nə üçün gedib?
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Xorvatiyanın paytaxtı Zaqrebdə UEFA-nın təşkilatçılığı ilə “Kütləvi futbolda dəyişkən oyun formatları və oyunçunun karyera yolu” mövzusunda seminar keçirilir.
Futbolpress.az xəbər verir ki, 12-16 may tarixlərini əhatə edən və 15 ölkənin (Azərbaycan, Xorvatiya, Çexiya, Farer Adaları, Macarıstan, Lüksemburq, Şimali İrlandiya, Şimali Makedoniya, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə və Ukrayna) qatıldığı seminarda AFFA-nın əməkdaşları – Kütləvi Futbol Departamentinin rəhbəri Farrux İsmayılov, Futbolda Sosial Məsuliyyət meneceri Kifayət Mustafayeva və Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı iştirak edirlər.
Seminarda kütləvi futbolda müxtəlif oyun formatlarının tətbiqi, erkən yaşda uşaqların futbolda davamlı olaraq qala bilmələri, sosial məsuliyyətin kütləvi futbolda əhəmiyyətli rolu və digər mövzular haqqında müzakirələr aparılır.
Baxış sayı:143
Bu xəbər 12 İyul 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















