Icma.az
close
up
RU
“Xorvatiyaya qələbə üçün yollanacağıq” Zirə nin futbolçusu

“Xorvatiyaya qələbə üçün yollanacağıq” Zirə nin futbolçusu

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Zirə”nin qapıçısı Tiaqo Silva “Hayduk”a qarşı keçirilən UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- İlk hissəni öndə bitirsəniz də, yekunda meydandan heç-heçə ilə ayrıldınız. Qələbə qazanmaq üçün nə çatışmadı?

- Məqsədimiz bəllidir. Evdə oynadığımız üçün ən azından 1-2 top fərqi ilə qalib gəlmək istəyirdik. Təəssüf ki, alınmadı. Performansımızla göstərdik ki, Avropanın ikinci dərəcəli adlı-sanlı klublarına qarşı oynaya bilərik. Bu matç artıq geridə qaldı. İndi cavab oyununa hazırlaşmalıyıq.

- Uzun müddətdən sonra ilk dəfə rəsmi oyuna çıxdınız. Hər hansı bir narahatçılıq hiss etdinizmi?

- Təbii ki, istənilən oyunçu 4-5 ay futboldan kənarda qalırsa, inama ehtiyacı olur. Açığı, bir qədər çətin idi. Xüsusən də psixoloji olaraq. Lakin məşqlərdə özümə olan inamı qaytara bildim. Kollektivə təşəkkür edirəm. Xüsusən də baş məşqçimizə. Bu cür rəqibə qarşı oynamaq heç də asan deyildi. Ümumilikdə performansımdan razıyam.

- Bir ara komandadan gedəcəyiniz barədə xəbərlər yayılmışdı. Sizi “Zirə”də saxlayan nə oldu?

- Müəyyən problemlər ola bilər. Amma bunlar keçmişdə qalıb. Keçmişi yada salmaq istəməzdim. “Zirə” ilə müqaviləm var. Hər birimiz peşəkarıq. Komandada olmaqdan məmnunam.

- Cavab matçı 11 metrlik cərimə zərbələrinə qədər uzana bilər. Bu halda azarkeşlər sizdən ötən il olduğu kimi, yenə də penaltilər seriyasında möcüzə gözləyə bilər?

- Əslində, cütün taleyini 90 dəqiqədə həll etmək istərdik. Lakin hər şey penaltilərə qədər uzansa, komandamın uğuru üçün əlimdən gələni edəcəyəm.

- “Hayduk”la matç sizə doğma olmayan “Neftçi Arena”da keçirildi. Bu məqamın hər hansı bir təsiri oldu?

- Bu arenanın bizə yad olduğunu düşünmürəm. Təəssüf ki, “Zirə” Olimpiya Kompleksinin stadionu avrokubok matçlarını qəbul edə bilmir. “Neftçi” rəhbərliyinə də təşəkkür edirik ki, bizə burada oynamaq üçün şərat yaratdılar. İstənilən halda Bakıda oynayırdıq. Səfər matçında rəqibi 30 mindən artıq azarkeş dəstəkləyəcək. Bugünkü görüşdə bizə dəstək olan hər kəsə minnətdaram.

- 30 min azarkeşin qarşısında “Zirə”nin növbəti mərhələ şansını necə dəyərləndirirsiniz?

- İlk oyunda qələbə də qazana bilərdik, uduza da. Səfər matçında azarkeş amili oyunumuza çox təsir etməyəcək. Səfərə qələbə üçün yollanacağıq. Rəqib meydanında qalib gəlməyə çalışacağıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://qol.az
archiveBu xəbər 24 İyul 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri