Icma.az
close
up
RU
“AFFA səlahiyyətindən sui istifadə edib” Vəkil

“AFFA səlahiyyətindən sui istifadə edib” Vəkil

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi “Turan Tovuz” klubunu 20 min manat cərimələyib. 

Gununsesi.info xəbər verir ki, buna səbəb Tovuz klubunun Premyer Liqanın 24-cü turunda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəldikləri matçdan öncə verdiyi açıqlamadır.

Qonaq komanda açıqlamada matçın keçiriləcəyi qarşılaşmada VAR və canlı yayımın olmamasına etmişdi. Buna görə matçda hakim idarəçiliyinin ədalətli olacağına şübhə ilə yanaşdıqlarını bildirmişdilər.

İdman hüquşünası Elcan Həsənli feysbuk səhifəsində paylaşım edərək AFFA-nın bu qərarının sui-istifadə olduğunu bildirib. O, AFFA-nın İntizam Məcəlləsində bu barədə hansısa maddə olmadığını açıqlayıb: “İlk növbədə AFFA İntizam Məcəlləsinin 47-ci maddəsinə baxmaq lazımdır. Həmin maddə AFFA və PFL əməkdaşlarının şərəf və ləyaqətinin alçaldılması adlanır.

47.1. Əgər futbolçu geniş kütlə qarşısında və ya KİV-də AFFA və PFL əməkdaşlarının şərəf və ləyaqətini alçaldarsa və ya onları təhqir edərsə, həmin oyunçu 5 oyun matçlardan kənarlaşdırılır və klub 10000 (on min) manat məbləğində cərimə edilir.

47.2. Bu hərəkətləri rəsmi şəxs edərsə o, matçlardan 10 oyun kənarlaşdırılır və klub 20000 (iyirmi min) manat məbləğində cərimə edilir.

Maddənin məzmunundan da göründüyü kimi “Turan Tovuz” açıqlamasında AFFA və PFL əməkdaşlarının şərəf və ləyaqətinin alçaldılması ilə bağlı hər hansı ifadə yoxdur.

İntizam Komitəsi eyni zamanda qərarında İntizam Komitəsinin 2.4-cü maddəsinə istinad edib. Həmin maddə də qeyd edilir ki, İntizam Komitəsi cəzanın növünü təyin edərkən yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə ala bilər. Əgər müvafiq əsasnamə və reqlamentlərdə hər hansı bir məsələ üzrə qaydalar mövcud deyildirsə, onda İntizam Komitəsi hüquq və ədalət prinsiplərinə əsaslanaraq qərar qəbul etmək hüququna malikdir. Bu maddə ümumilikdə İntizam Komitəsinə çox geniş səlahiyyətlər verib. Yəni İntizam Komitəsi İntizam Məcəlləsində olmayan istənilən məsələ ilə bağlı qərar verə bilər. Təbii ki, bu yolvərilməz və hüquqa uyğun olmayan əməldir. Hesab edirəm ki bütün qayda pozuntuları İntizam Məcəlləsində öz əksini tapmalıdır və klublarda əvvəlcədən bilməlidirlər ki, hansı əməli törətsələr, cəzalanacaqlar. Bu halda isə AFFA-nın İntizam Komitəsinin hüquqdan sui-istifadə etməsinə gətirib çıxarır. Təsəvvür edin ki, siz hər hansı bir əməl törədirsiniz və o əməl İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmayıb. Lakin inzibati orqan sizi həmin əmələ görə istədiyi məbləğdə cərimə edir”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri