Icma.az
close
up
RU
Öz idarəçiliyinə təəssüflən, AFFA! Sui istifadə cəzası

Öz idarəçiliyinə təəssüflən, AFFA! Sui istifadə cəzası

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Son günlərdə idman mətbuatının gündəm mövzusu AFFA - “Turan Tovuz” mübahisəsidir. 

Bilməyənlər üçün qısa icmal keçəsi olsaq, tovuzlular bazar günü “Şamaxı” ilə qarşılaşdı. Hava şəraiti səbəbindən “CBC Sport” oyunun keçiriləcəyi stadiona  yollana bilmədi. Əslində yollandı, lakin yarıyoldan qayıtdı. 

Çox keçmədən kanal sosial şəbəkə hesabında bəyanat yaydı. Hava şəraiti səbəbindən çəkiliş heyətinin Şamaxıya çatmadığı və oyunun canlı yayımlanmayacağı bildirildi. Təbii ki, çəkiliş yoxdursa, matçda VAR da olmayacaqdı.

Buna cavab olaraq “Turan Tovuz” tərəfi də bəyanat yaydı. Klub VAR və çəkilişin olmadığı görüşdə şəffaflığa inanmadığını, qarşılaşmanın təxirə salınmalı olduğunu bildirdi.

Qısa müddət sonra AFFA-nın mətbuat xidməti də məsələ ilə bağlı məlumat paylaşdı. Qurum klubun açıqlamasından məyus olduğunu, sübutlar və faktlar varsa, onların təqdim edilməsini istədi. Əks halda “Turan Tovuz”un cərimələnəcəyini açıqladı.

Nəticədə dünən İntizam Komitəsinin iclası keçirildi. Tədbirdə AFFA və PFL-in imicinə zərər vuran əsassız bəyanat verdiyinə görə “Turan Tovuz”a xəbərdarlıq edildi.

Lakin bu gün yenidən İntizam Komitəsinin iclası keçirildi. Bu səfər klub 20.000 manat məbləğində cərimələndi. 

Dünən xəbərdarlıq edildi, bu gün isə cərimə verildi. Bəs 1 günə nə dəyişdi? Hansı yenilik baş verdi? 

Səhər tezdən komitənin qərarları açıqlandı. Dedim bəlkə mən nəyisə gözdən qaçırmışam. Lakin nə mən, nə də həmkarlarım “Turan Tovuz”un məsələ ilə bağlı ikinci paylaşımını və ya hansısa açıqlamasını görmədik. 

Klubu müdafiə etmirəm. Onların istəyinin özü də absurddur. Çəkiliş yoxdur deyə oyun təxirə salınmır. Belə bir qayda yoxdur. VAR-ın özünün olmadığı matçlar da keçirilib. Bu iki amil görüşün baş tutmaması üçün ciddi faktorlar deyillər. Bəlkə də ciddi faktorlardır, amma mən konkret qaydalardan danışıram.

Lakin AFFA-nın verdiyi bəyanat, ardınca xəbərdarlıq, bir gün keçmədən 20.000 manat cərimələmək də normal deyil. Kiçik bir tənqidə görə bu addım nəyə lazım idi? Dünyada hakimliyi tənqid etdiyi üçün klublara belə cavab verilir?

Həm də bəyanatda deyilir ki, qurumun imicinə zərər vurduğu üçün cərimə tətbiq olunur. İmicə hansı zərər vurulub? Bir şey ki, bu barədə futbol vəkili belə paylaşım edib. Bildirib ki, qurum konkret olaraq əlindəki gücdən sui-istifadə edir.

Adi bir tənqidə görə kluba verilən cavab belə olmamalı idi. Təəssüf hissi keçirmək istəyirsiz? İdarəçilikdən təəssüflənin. “Turan”ın açıqlamasından yox.

Hər tənqidə bu formada cavab veriləcəksə, daha nə oldu. Heç kəs edilənlərə səs çıxarmasın?

Qurum rəhbərliyi edilən tənqidləri güc yolu ilə susdurmağı seçib. Onsuz da ölkə futbolunun ali qurumusan, Azərbaycandakı bütün klublar birmənalı olaraq səndən asılıdır. Onlara dəstək çıxmaq, daha şəffaf oyun mühiti yaratmaq əvəzinə, etiraz edənləri cərimələyirsən.

AFFA özü də “Turan Tovuz”u başa düşməlidir. Çünki bu komanda mövsüm ərzində hakimlərdən çox çəkib. Hətta Hakimlər Komitəsinin sədri de Bleker də öz açıqlamalarında kluba qarşı edilən səhvləri qəbul edib. 

“Bozqurdlar” da “oyunun şəffaf keçəcəyinə dair şübhələrimiz var” deyəndə sırf hakimlik mövzunu nəzərdə tutur. Bunu hər kəs bilir. Burda AFFA-nın imicinə aid heç nə yoxdur. Bir şey ki, qurumun hakimlikdən məsul şəxsi belə kluba qarşı edilənləri açıq-aşkar qəbul edib. Daha AFFA-nın bu boyda həngamə yaratmasına nə ehtiyac var idi? 

Xəbərdarlıq etdin, əla. Daha gözlə bir klub yenidən nəfəs alsın, özünə gəlsin. Gözünü açmadan ikinci zərbəyə niyə tələsirsən?

Deyə bilərsiz ki, hakimlikdən çəkən təkcə “Turan Tovuz” deyil. “Zirə”, “Sabah”, “Araz-Naxçıvan” da bu mövzudan çox əziyyət çəkib. Niyə onlar paylaşım etmirlər? 

Bu, artıq həmin klubların işidir. Onlar haqq səslərini bu formada çıxarmaq istəmirlərsə, “Turan Tovuz” çıxarır. Qətiyyən verilən bəyanatın haqlı-haqsız olmasını müzakirə etmirəm. Amma bu paylaşımın cavabı belə ağır olmamalı idi. 

NBA: Lider məğlub oldu Elçin Məmmədov “Fənərbaxça” – “Reyncers” matçına təyinat alıb Günün canlı yayımlanacaq matçları AFFA-dan "Turan Tovuz"a zərbə: 20 min ziyana düşdülər MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasının iclasında iştirak edəcəklər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://apasport.az
archiveBu xəbər 25 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri