Afrika 2026 cı ildə iqtisadi artım tempinə görə dünya lideri olacaq
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) artım tempi 6%-dən çox olan, ən sürətlə inkişaf edən iqtisadiyyatların əksəriyyətini Afrika qitəsinin ölkələri təşkil edəcək.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Africanews telekanalı Beynəlxalq Valyuta Fonduna (BVF) istinadən məlumat yayıb.
Ruanda, Uqanda və ya Efiopiya kimi ölkələrdə artım tempi 7%-i keçəcək, Cənubi Sudan və Qvineya isə neft və mineral xammalının hasilatı bumuna görə ikiqat rəqəmli ÜDM artımına nail olacaq. Eyni zamanda, BVF ekspertlərinin fikrincə, Afrika qlobal istiləşmənin nəticələri, siyasi qeyri-sabitlik və yüksək xarici borc kimi mənfi amillərin təsirinə diqqət yetirməlidir.
2026-cı ildə qitə ölkələri kreditorlara, demək olar, 95 milyard dollar ödəməli olacaqlar. Keniya kimi ölkələr xarici borcun ödənilməsinə büdcə vəsaitlərinin 20%-ə qədərini yönəltməli olacaq. Xarici investisiyaların axınına baxmayaraq, bəzi ölkələr, məsələn, Mərkəzi Afrika Respublikas planetdə ən az elektrikləşdirilmiş ölkələr arasında qalacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 01 Yanvar 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















