2026 cı ildə keçiriləcək dünya çempionatına yollanacaq ilk Afrika ölkəsi bəlli oldu
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Daha bir milli komanda DÇ-2026-ya vəsiqəni təmin edib.
Oxu.Az xəbər verir ki, Mərakeş DÇ-2026-nın seçmə mərhələsində Nigerə qalib gələrək (5:0) final mərhələsinə yüksəlib.
Valid Reqraqinin komandası 6 oyundan sonra 18 xalla E qrupuna başçılıq edir. İkinci yerdə olan Tanzaniyanın 10 xalı var.
Mərakeş 2026-cı il dünya çempionatına vəsiqə qazanan ilk Afrika komandası olub. Onlar ardıcıl üçüncü dəfə mundiala yollanacaqlar. 2030-cu ildə keçiriləcək turnirdə isə ev sahiblərindən biri kimi çıxış edəcəklər.
Qeyd edək ki, ABŞ, Kanada və Meksika ev sahibi kimi gələn il təşkil olunacaq dünya kubokunun final mərhələsinə avtomatik vəsiqə qazanıblar. Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay və Paraqvay komandaları da turnirdə iştirak hüququ əldə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 06 Sentyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















