Icma.az
close
up
RU
Afrika dövlətlərinin səfirlərinə Azərbaycanın ev sahibliyi edəcəyi BMT forumu barədə məlumat verilib

Afrika dövlətlərinin səfirlərinə Azərbaycanın ev sahibliyi edəcəyi BMT forumu barədə məlumat verilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 11 may, AZƏRTAC

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə mayın 9-da Mombasa şəhərində Afrika dövlətlərinin Keniyadakı diplomatik missiya rəhbərlərinin illik toplantısı keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Respublikasının Keniyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın bu ölkədəki səfiri Sultan Hacıyev xüsusi qonaq statusu ilə toplantıda iştirak edib. Tədbir çərçivəsində Azərbaycanın 2026-cı ilin 18-22 may tarixlərində ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunan iclas təşkil olunub.

S. Hacıyev iclasda iştirak edən Afrika dövlətlərinin 60-dan çox yüksək vəzifəli rəsmi və diplomatik missiya rəhbərlərinə WUF13-ün hazırlıq prosesləri, foruma ev sahibliyi çərçivəsində Azərbaycanın qlobal hədəfləri və prioritetləri barədə məlumat verib. Afrika dövlətləri ilə əməkdaşlığa Azərbaycan Hökumətinin göstərdiyi diqqət və əməkdaşlıq perspektivləri haqqında fikirlərini bölüşüb. Ölkəmizin dayanıqlı şəhərsalma ilə iqlim dəyişikliyi proseslərinin qarşılıqlı təsirləri və COP-WUF platformaları arasında əlaqənin inkişafı üzrə fəaliyyətində qətiyyətli mövqeyi vurğulanıb. Səfir COP29 çərçivəsində Azərbaycanın COP29 Sədrliyinin irəli sürdüyü “MAP” təşəbbüsünün (Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları) əhəmiyyətinə və bu əsasda təsis olunan Bakı Davamlılıq Koalisiyasının COP və WUF platformaları arasında sinerjinin təmin olunması baxımından çoxtərəfli əməkdaşlıqda vacib məqamlarına diqqəti cəlb edib.

İclasda WUF13-ü təbliğ edən video-təqdimat və müasir Azərbaycanın qazandığı nailiyyətləri, 2020-ci il şanlı Zəfərin nəticələrini, postmünaqişə dövründə innovativ şəhərsalma trendlərinə uyğun, milli imkanlar hesabına genişmiqyaslı bərpa-yenidənqurma işlərini və “Böyük Qayıdış” proqramını özündə əks etdirən video-çarx nümayiş olunub. Tədbir iştirakçılarına işğaldan azad olunan ərazilərdə basdırılmış minaların insan tələfatına səbəb olması və humanitar minatəmizləmə fəaliyyəti barədə məlumatlar təqdim edilib.

Afrikanın əksər dövlətlərinin təmsil olunduğu iclasda Azərbaycanın beynəlxalq təşəbbüs və töhfələri barədə verilən məlumatlar rəğbətlə qarşılanıb. Bakı şəhərinin WUF13-ə ev sahibliyi etməsi ilə Azərbaycanın qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevriləcəyinə inam ifadə olunub.

İllik toplantı iştirakçılarına WUF13-ün ev sahibi adından ziyafət təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 May 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri