Afrika ilə həmrəylik Çin diplomatiyasının təməl daşıdır Çin XİN
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Afrika ölkələri ilə həmrəyliyin gücləndirilməsi Pekindəki diplomatlar üçün təməl daşına və strateji prioritetə çevrilib.
Redaktor.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi bildirib.
"Afrika ölkələri ilə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi Çinin xarici siyasətinin təməl daşıdır və ölkəmizin uzunmüddətli, qəti strateji seçimidir. Uzun illərdir ki, Çinin xarici işlər nazirləri vəzifəsində çalışan məmurlar Afrikaya səfər ediblər. Pekinin Afrika ölkələri ilə əlaqələri inkişaf etdirmək və əməkdaşlığı təşviq etmək öhdəliyi beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq zəiflətmir, əksinə, güclənir”.
Van Yi Çinin Konqo Respublikasını etibarlı dost hesab etdiyini vurğulayıb.
“Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən 60 il ərzində biz həmişə bir-birimizi başa düşmüşük və dəstəkləmişik. İki xalq arasındakı sarsılmaz dostluq çətinlikləri birlikdə dəf etməyə imkan verib.
Türkan İSGƏNDƏRLİ
Baxış sayı:113
Bu xəbər 08 Yanvar 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















