Icma.az
close
up
RU
525ci qəzet Çin Afrika ilə beynəlxalq əməkdaşlığı gücləndirir

525ci qəzet Çin Afrika ilə beynəlxalq əməkdaşlığı gücləndirir

Icma.az bildirir, 525.az portalına istinadən.

Çin-Afrika Əməkdaşlıq Forumu (FOCAC) Afrikanın inkişafının təşviqində və xalqlarının həyat səviyyəsinin yaxşılaşdırılmasında mühüm rol oynayır.

525.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi Konqo prezidenti Deni Sassu-Nqesso ilə görüşdə deyib.

Onun sözlərinə görə, FOCAC artıq Çin-Afrika həmrəyliyi və əməkdaşlığının simvoluna, Cənub-Cənub əməkdaşlığının bayrağına və Afrika ilə beynəlxalq əməkdaşlıq modelinə çevrilib.

Forumun təsisindən keçən 25 il ərzində Çin Afrikaya 100 min km yol, 10 min km-dən çox dəmir yolu, 1000-ə yaxın körpü və 100-ə yaxın limanın tikintisinə kömək edib. Çin son üç ildə Afrikada 1 milyondan çox iş yeri yaradıb. Forum, həmçinin Afrikada qida, su və bütün qitədəki insanlara fayda verən təhsil təşəbbüsləri də daxil olmaqla çoxsaylı təminat layihələri başladıb.

XİN başçısı deyib ki, hazırkı səfər forum çərçivəsində əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi üzrə konsensusa nail olmaq üçün Konqo tərəfi ilə əməkdaşlığa yönəlib.

Geniş məsləhətləşmələrdən sonra Van Yi Pekin-FOCAC sammitinin nəticələrinin həyata keçirilməsi üçün üç əsas təklifi qeyd edib: “Birincisi, Çin sədri Si Cinpinin təklif etdiyi altı istiqamətli modernləşmənin təşviqinə riayət etmək, inkişaf strategiyalarının inteqrasiyasını və idarəetmə sahəsində təcrübə mübadiləsini gücləndirmək, ideyaların və ümumi dəyərlərin daha dərin yayılmasına kömək etmək, bununla da Çin-Afrika əlaqələrinin əhatə dairəsini genişləndirmək və onların inkişafına mühüm təkan vermək.

İkincisi, Çin-Afrika dostluq və əməkdaşlıq ruhunu daim zənginləşdirmək, dövlətlərarası münasibətlər sahəsində düzgün yol açmaqla əlaqələri davam etdirmək.

Nəhayət, modernləşmənin birgə təşviqi, prioritet sahələrin və əsas layihələrin müəyyənləşdirilməsi üçün 10 tərəfdaşlıq fəaliyyət planının həyata keçirilməsi, Çin-Afrika investisiya və ticarət əməkdaşlığı mexanizmini təkmilləşdirmək, Afrikanı modernləşdirilməsi üçün daha böyük bazar, praktik texnologiyalar və sabit investisiyalar ilə təmin etmək.

Nazir bildirib ki, Çin və Konqo Respublikası növbəti üç il ərzində forumun inkişafı üçün cədvəl və yol xəritəsi hazırlayıb. Bu il diqqət daha çox ilkin nəticələrə nail olmaq məqsədi ilə forumun nəticələrinin icrasını əlaqələndirmək və sürətləndirmək üçün nazirlərin görüşünün keçirilməsinə yönəldiləcək. Gələn il iki tərəf Çin və Afrika ölkələri arasında diplomatik əlaqələrin qurulmasının 70-ci ildönümünü və "Çin-Afrika Humanitar Mübadilə İli"ni birgə qeyd edəcək.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Yanvar 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri