Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Afrika qitəsi parçalanır: alimlər yeni okeanın formalaşmasını izləyir

Afrika qitəsi parçalanır: alimlər yeni okeanın formalaşmasını izləyir

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Şərqi Afrika dünya xəritəsini dəyişir və bir gün Afar səhrasının yerində geniş bir okean meydana çıxacaq..."

Hazırda Şərqi Afrikanın düz ortasında nəhəng geoloji proses baş verir. Qitə yavaş, lakin dayanmadan parçalanır və zamanla yaranan çatlağa su dolacaq, nəticədə yeni bir okean əmələ gələcək.

Moderator.az xəbər verir ki, bu barədə "mixnews.lv" nəşri yazıb.

Alimlər bu hadisənin ilk ciddi əlamətlərini dünyanın ən alçaq və geoloji cəhətdən ən aktiv bölgələrindən biri olan Afar səhrasında qeydə alıb. Bu ərazidə bu gün tarixin formalaşmasını müşahidə etmək mümkündür.

Unikal təbii eksperiment

"Bu, qitə rifti ilə okean rifti arasındakı keçidi araşdırmaq üçün Yerdə yeganə yerdir", - Lids Universitetinin tədqiqatçısı Kristofer Mur qeyd edir. Dünyanın heç bir yerində yeni okeanın yaranmasını real vaxtda izləməyə imkan verən bu cür aydın bir rift prosesi yoxdur.

Niyə məhz Afar?

Afar çökəkliyi üç tektonik plitənin - Afrika (Nubiya və Somali plitələrinə bölünmüş), həmçinin Ərəbistan plitəsinin kəsişmə nöqtəsində yerləşir. Bu plitələr tədricən bir-birindən uzaqlaşaraq riftinqə- yer qabığının dartılması və parçalanmasına səbəb olur.

Bu proses milyonlarla il davam edir və 6 min kilometrdən çox məsafəyə uzanan Şərqi Afrika Rift Vadisinin yaranmasına gətirib çıxarıb. Bu nəhəng çatlaq sistemi Ədən körfəzindən Mozambikədək uzanır.

Riftinq bu gün də aktiv şəkildə davam edir. Məsələn, 2005-ci ildə Efiopiyada cəmi bir neçə gün ərzində uzunluğu 56 kilometrə, eni isə 8 metrə çatan bir çatlaq əmələ gəlib. 

Geoloji zaman ölçüsü ilə bu, bir anlıq hadisə olsa da, əslində bu, tektonik plitələrin yüz illərlə davam edən hərəkətinə bərabər olub. 2018-ci ildə isə Keniyada güclü yağışlardan sonra böyük bir çatlaq yaranıb və yerli əhalidə ciddi narahatlıq doğurub.

Yeni okean nə vaxt yaranacaq?

Müasir texnologiyalar, xüsusilə də GPS alimlərə yeni okeanın nə vaxt yaranacağını proqnozlaşdırmağa imkan verir. Peyk müşahidələri tektonik plitələrin hərəkətini yüksək dəqiqliklə ölçməyə kömək edir.

Məlumatlara əsasən, Ərəbistan plitəsi Afrikadan ildə təxminən 2,5 sm sürətlə uzaqlaşır. Nubiya və Somali plitələri isə ildə 0,5 - 1,2 sm aralığında bir-birindən ayrılır. Bu rəqəmlər kiçik görünə bilər, lakin milyon illərlə davam etdikdə nəhəng dəyişikliklərə səbəb olur.

Proqnozlara görə, 5-10 milyon il ərzində Qırmızı dəniz və Ədən körfəzinin suları Afar çökəkliyini dolduracaq və Afrika Burnu ayrıca bir qitəyə çevriləcək. 2020-ci ildə "Geophysical Research Letters" jurnalında dərc olunmuş araşdırma bu ehtimalı təsdiqləyir və regiondakı seysmik aktivlik və yer qabığının deformasiyası ilə bağlı analizlərə əsaslanır.

2021-ci ildə isə Lids Universiteti və Əddis-Əbəbə Universitetinin alimləri "Nature" jurnalında Afar çökəkliyində artıq okean qabığının formalaşdığına dair sübutlar təqdim edib.

Onlar yerli vulkanlardan püskürən bazalt süxurlarının kimyəvi tərkibini araşdıraraq, onların dəniz dibi süxurlarına bənzədiyini müəyyən edib. Bu, yeni okeanın yaranma prosesinin artıq başladığını, lakin hələ ilkin mərhələdə olduğunu göstərir.

Gələcək dəyişikliklər

Altıncı okeanın doğulması təkcə bir fərziyyə deyil, elmi cəhətdən əsaslandırılmış faktdır. Bu proses milyonlarla il davam edəcək, lakin onun ilk mərhələlərini artıq bu gün müşahidə etmək mümkündür. Şərqi Afrika yavaş-yavaş, lakin qaçılmaz şəkildə dünya xəritəsini dəyişir və bir gün Afar səhrasının yerində geniş bir okean meydana çıxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Fevral 2025 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see220

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see217

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see214

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see178

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see171

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see157

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see156

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see147

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see145

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see143

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see141

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see141

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see135

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see134

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri