Icma.az
close
up
RU
Afrika Yelisey Sarayına qarşı

Afrika Yelisey Sarayına qarşı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Fransa müstəmləkəçiliyinə qarşı mübarizənin yeni dalğası

Dünya dəyişsə də, qlobal miqyasda qarşıya yeni çağırışlar çıxsa da, Yelisey Sarayı müstəmləkəçilik siyasətinin mahiyyətini dəyişmək istəmir. Fransanın qatı müstəmləkəçilik siyasətini 500 illik qanlı tarix kimi səciyyələndirmək mümkündür. Ancaq artıq vaxt yetişib ki, buna son qoyulsun. Bu gün Afrikada Fransa müstəmləkəçiliyinə qarşı mübarizənin yeni dalğası başlayıb. Fransa Afrikada, dənizaşırı ərazilərdə törətdiyi müstəmləkə cinayətlərini etiraf etməli, üzr istəməli və təzminatlar ödəməlidir.

Son dərəcə mürtəce siyasətdən qaynaqlanan nifrət

Afrikada Yelisey Sarayına nifrətin artması təsadüfi deyil. Fransa Afrika ölkələrinə müsibətlərdən başqa heç nə gətirməyib və bu, tarixi sənədlərdə də öz əksini tapıb. Qeyd edək ki, ilk dəfə qitədə Fransa müstəmləkəsi 1524-cü ildə yaradılıb. Qitənin ərazisinin 35 faizi 300 il Fransanın nəzarəti altında olub. Seneqal, Kot-d-İvuar və Benin qul ticarəti mərkəzinə çevrilmişdi. Fransa Afrikanın yeraltı, yerüstü sərvətlərini talayır, insanlarını isə qul kimi satırdı. Qitənin istənilən bölgəsində Fransanın hökmranlığına qarşı üsyanın qarşısı sərt şəkildə alınırdı. Afrika xalqları bu mübarizədə 2 milyondan çox qurban veriblər.

İndiki dövrdə Yelisey Sarayı ənənəvi müstəmləkəçilik siyasətini neokolonializmlə əvəzləyib. Fransa yeni kolonializm siyasətində bir qayda olaraq iqtisadi təzyiq vasitələrindən istifadə edir.  Fransa 1945-ci ildən bəri Afrikada Fransız Müstəmləkələri Frankı (CFA) adlı pul vahidinin tətbiqinə başlayıb. Bu pul vahidinin tətbiqi Afrika ölkələrini iqtisadi inkişafdan geri salır, onları səfalətə sürükləyir. Təsadüfi deyildir ki, Afrikanın Sahil regionu ölkələrində, habelə Fildişi Sahili və Malidə baş verən münaqişələrin əsas səbəbi CFA-ya alternativ valyuta seçmək cəhdləri olub. Məhz bu pul vahidi sayəsində Fransa Afrika ölkələrini istismar edir, onların sərvətlərini mənimsəyir. Qitədə aclıq və səfalətin, kütləvi emiqrasiyanın səbəbi də CFA-dır. Lakin ondan vaz keçmək Afrika ölkələri üçün heç də asan deyil. Son illərdə Qərbi Afrika İqtisadi Birliyinə (ECOWAS) üzv olan 15 ölkə bu pul vahidindən imtina edəcəyini açıqlayıb, lakin Fransa buna qarşı yeni münaqişə ocaqları yaratmaq siyasətini davam etdirir. İndiyədək qitə ölkələrində baş vermiş hərbi çevrilişlərin 70 faizi fransızların təsiri altında olan dövlətlərin payına düşür. Afrikada Yelisey Sarayına artan nifrət də son dərəcə mürtəce səciyyə daşıyan müstəmləkəçilik siyasətindən qaynaqlanır.

Fransanın hərbi mövcudluğuna son qoyulur

Keçmiş Afrika müstəmləkələrində təsirini itirməkdə davam edən Parisə qarşı çıxan dövlətlərin sırasına Çad da qoşulub. Çad Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv edib. Bu, Sahel bölgəsində Fransa hərbi kontingentinin hələ də qaldığı son ölkə idi. Dekabrın birinci ongünlüyündə Fransa qırıcıları Çadı tərk edib. Bu barədə “France Presse” agentliyi məlumat yayıb. Məlumata görə, bu, Çad hökumətinin Fransa hərbi kontingentinin ölkədən çıxarılmasını tələb etməsindən sonra baş verib.

Bundan əvvəl Qərbi Afrikada Fransanın dayağı hesab edilən Seneqalda da oxşar qərar elan edilib. Seneqal prezidenti Bassirou Diomay Faye Fransa mətbuatına müsahibə verərək bildirib ki, xarici hərbi kontingentin olduğu ölkə həqiqi müstəqil ölkə sayıla bilməz. “Seneqal müstəqil, suveren ölkədir və suverenlik xarici hərbi bazaların mövcudluğuna imkan vermir”, -  deyə Faye vurğulayıb.

Faye sərt ifadələrindən sonra ölkəsinin ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə və Çinlə yaxşı münasibətlər saxladığını bildirib və qeyd edib ki, bu dövlətlərin heç birinin Seneqalda hərbi bazası yoxdur.

Bu məzmunda açıqlamanın verilməsi üçün vaxt təsadüfən seçilməyib. Dekabrın ilk günü Seneqal üçün əlamətdar bir tarixdir. 1 dekabr 1944-cü ildə Thiaroy qırğını (müasir Dakar) baş verib: fransız əsgərlər II dünya müharibəsində vuruşmuş 400-ə qədər Seneqal hərbçisini öldürüblər. Buna səbəb afrikalı əsgərlərin xidmət şəraitindən narazılıq etmələri olub. Fransa bu qətliama görə məsuliyyəti öz üzərinə götürüb, lakin təzminat ödəməkdən və insidentlə bağlı sənədləri açıqlamaqdan imtina edib.

Fransanın Afrikada hərbi mövcudluğuna son qoyulan ölkələrdən biri də Kot d`İvuardır. Fransa kontingentinin Kot d`İvuardan çıxarılması burada ona heç bir  tələbat olmadığını göstərir. Verilən məlumatlarda bildirilir ki, Kot d`İvuarın əhalisi keçmiş metropolun genişmiqyaslı mövcudluğuna getdikcə daha çox tənqidi yanaşır və bunu qəbul etmir.

Türkiyənin mövqeyi güclənir

 “Bayraktar TB2” PUA-dan sonra Mali hakimiyyəti Türkiyənin “Baykar” şirkətindən ən yeni “Akıncı” pilotsuz uçuş aparatlarını alıb. Bu barədə Türkiyənin “Star” qəzetinin Afrikadakı keçmiş Fransa müstəmləkələrindəki vəziyyətlə bağlı analitik icmalında deyilir. Nəşrin məlumatına görə, Niger və Burkina Faso da daxil olmaqla, Sahel bölgəsinin bir çox ölkələrində Türkiyənin mövqeyi güclənir. Üstəlik, söhbət təkcə müdafiə deyil, həm də iqtisadi komponentdən gedir.

“Afrika ölkələri Türkiyəni etibarlı tərəfdaş kimi qəbul edərək, müstəmləkə keçmişi olan güclərdən, xüsusən də Fransadan uzaqlaşır”, - deyə nəşrdə bildirilir.

Beləliklə, Mali Afrikada “Akıncı” PUA-nı alan dördüncü ölkə olub. Bundan əvvəl “Akınçı “ Burkina Faso, Efiopiya və Liviyaya tədarük olunmuşdu.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Dekabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri