Uitkoff və Kuşner Yelisey Sarayına gedib, Ukrayna üçün müzakirə olunacaq əsas məsələlər açıqlanıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner “İstəklilər Koalisiya”sının sammitində iştirak etmək üçün Yelisey Sarayına gediblər.
APA xəbər verir ki, bu bardə “Reuters” məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də tədbirdə iştirak etmək üçün artıq Parisə gedib.
Məlumata görə, Paris sammitinin layihə sənədinə əsasən, Ukrayna üçün təhlükəsizlik zəmanətləri Rusiyanın gələcək mümkün silahlı hücumu zamanı sülhün bərpası məqsədilə Kiyevə dəstək verilməsinə dair məcburi öhdəlikləri əhatə edəcək.
Sənəddə qeyd olunur ki, bu öhdəliklər hərbi imkanlardan istifadəni, kəşfiyyat və logistika dəstəyini, diplomatik təşəbbüsləri, həmçinin əlavə sanksiyaların tətbiqini ehtiva edə bilər. Bəyanat koalisiya liderlərinin Parisdə keçiriləcək sammitində təsdiqlənməlidir.
“Reuters”in bildirdiyinə görə, sammitdə 27-dən çox ölkənin liderləri iştirak edəcək. Görüşün əsas mövzularından biri atəşkəs əldə olunacağı təqdirdə Ukraynaya “çoxmillətli qüvvələrin” yeridilməsinin təmin edilməsi, bu prosesin Kiyevlə koordinasiyası və ABŞ-ın dəstəyi ilə həyata keçirilməsi olacaq. Bundan əlavə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsi də müzakirə ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 06 Yanvar 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















