Icma.az
close
up
RU
Afrikada hələ də Avropa kabusu dolaşmaqdadır

Afrikada hələ də Avropa kabusu dolaşmaqdadır

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bakı Təşəbbüs Qrupu tarixi ədalətin sonadək bərpa edilməsində israrlıdır

Belçikanın müstəmləkə siyasəti nəticəsində Konqo Demokratik Respublikasında 10 milyondan çox insan öldürülüb, on minlərlə insanın əlləri kəsilib və ölkənin mədəni resursları talan edilib. 1933-cü ildə Ruanda və Burundidə 600 min etnik kimlik kartı paylanılaraq etnik bölgü siyasəti aparılıb. Bu, 1972 və 1994-cü illərdə kütləvi soyqırımlara zəmin yaradıb. 1940–1950-ci illərdə isə 20 min metis uşaq ailələrindən zorla ayrılaraq Belçikaya aparılıb.

Yazımızım əvvəlində verdiyimiz bu dəhşətli faktları insanlığa qarşı ağır cinayətlə yanaşı, bəşəriyyət üçün üz qarası, “tarixi amneziya” adlandırmaq olar. Mərkəzi Afrikadakı Belçika müstəmləkəçiliyinin tarixi bəşəriyyətin ən qaranlıq səhifələrindən biridir. 1885-ci ildə Belçika Kralı II Leopold Konqo Azad Dövləti elan edərkən, o, Afrikanın böyük bir ərazisini faktiki olaraq şəxsi mülkiyyətinə çevirdi. “Sivilizasiya missiyası” və “Köləliyə qarşı mübarizə” şüarları altında Belçika monarxı yerli əhaliyə qarşı amansız məcburiyyətə, kütləvi qətl və iqtisadi talanlara əsaslanan istibdad sistemi yaratdı. İndi daşların toplanan dövrü başlayıb. Müharibə cinayətkarları kimi, müstəmləkə rejimlərini yaradanlar da Femida qarşısına çıxarılacaqlar.

Bakı Təşəbbüs Qrupu (BTQ) bir daha nümayiş etdirdi ki, Azərbaycan qlobal tarixi ədalət məsələlərindən kənarda deyil. İlk dəfə olaraq BTQ-nin təşkilatçılığı ilə Bakıda Belçikanın müstəmləkə keçmişinə və onun bu günə qədər davam edən ağır fəsadlarına həsr olunmuş “Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət” adlı beynəlxalq konfrans keçirildi. Tədbirdə Belçikanın keçmiş müstəmləkələri – Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, diplomatlar və rəsmi şəxslər, 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları və reparasiya məsələləri üzrə ekspertlər iştirak ediblər.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu beynəlxalq hüquq çərçivəsində Belçikanın keçmiş müstəmləkələrində törətdiyi cinayətlərə görə kompensasiya tələbinin beynəlxalq səviyyəyə çıxarılması və bu mövzunun beynəlxalq təşkilatların gündəliyinə salınması istiqamətində də iş aparır. Konfrans iştitrakçılarının dilindən BTQ-nin, həmçinin ölkəmizin ünvanına səslənən, mənunluq və minnətdarlıq ifadələrini eşitmək qürurverici idi. Misal üçün, Fransalı jurnalist Jan-Mişel Brunun çıxışında söylədiyi “azərbaycanlılar bu məsələyə qarşı çox həssasdırlar. Azərbaycan müstəmləkəçilik və neokolonializmə qarşı mübarizədə dünyanın çoxmədəniyyətli ölkələrindən biridir” fikri maraqla qarşılandı. Brunun ardınca ölkəmizdə 50-dən çox fərqli etnik qrupun, xalqın yaşadığına, Azərbaycanın özünün də müəyyən mənada müstəmləkəçiliyə məruz qalmasına diqqəti çəkdi: “Azərbaycan əvvəlcə Sovet İttifaqının tərkibində olub, daha sonra isə Qarabağın ermənilər tərəfindən işğalı faktı bir növ müstəmləkəçilik formasına bənzəyir”. Və bunun ardınca, ən azı, son 30 ildə Ermənistana hərtərəfli dəstək verən bir ölkənin nümayəndəsinin çıxışında Azərbaycanı dünyada müstəmləkəçilikdən əziyyət çəkmiş xalqların səsinə səs verən yeganə ölkə kimi qiymətləndirməsi heyrətamiz olduğu qədər də təqdirəlayiq sayılmalıdır.

***

BTQ-nin təşkil etdiyi beynəlxalq konfrans xüsusilə Afrika qitəsindən gəlmiş qonaqların çıxışlarının kəskinliyi, rəngarəngliyi ilə yanaşı, müstəmləkəçiliklə bağlı toxunulan məsələlərin çeşidi ilə seçilirdi. Lissabon Universitetinin nəzdindəki Beynəlxalq Araşdırmalar Mərkəzində doktorant və almaniyalı tədqiqatçı Abbas İsmail beynəlxalq konfransın “Tanınma və məsuliyyət: simvolik jestlər və təminatlar” mövzusunda keçirilən panel müzakirəsindəkı çıxışında siyasi kimlik məsələsini önə şəkdi və bu baxımdan Ruandanın yaxşı nümunə olduğunu bildirdi. “Belçika kolonializmi yalnız ərazini idarə etməyib, həm də Ruanda cəmiyyətində bugünkü zərərli kimlik kateqoriyalarını formalaşdırıb” – deyə Abbas İsmail vurğuladı.

Mövzuya paralel olaraq Belçikanın müstəmləkəçilik tarixinə bir daha nəzər yetirməyimiz yerinə düşər. Belçika idarəçiliyinin ağır nəticələri Konqoda hələ də hiss olunur. Dünyanın ən böyük mis, kobalt, uran və nadir torpaq metal ehtiyatlarına malik olan Afrikanın bu zəngin diyarı planetin ən kasıb ölkələrindən biri olaraq qalır. Elə buradaca onu da əlavə etmək lazımdır ki, müstəmləkəçiliyin irsi təkcə iqtisadi asılılıq deyil, həm də süni şəkildə yaradılmış etnik ziddiyyətlər, siyasi qeyri-sabitlik və xarici güc mərkəzlərindən asılılıqdır. Bunu bizə təkzibolunmaz tarixi faktlar deyir.

Məhz tarixi yaddaş nöqteyi-nəzərindən Afrika Peşəkar Sertifikatlaşdırma İnstitutunun sədri Atanga Desmond Funvienin beynəlxalq konfransın “Tanınma və məsuliyyət: simvolik jestlər və təminatlar” mövzusunda keçirilən panel müzakirəsində dilə gətirdiyi acı həqiqəti nəzərinizə çatdırırıq: “Tariximizi gənc nəsillərə öyrətmək zəruridir. Media işçiləri öz ölkələrinin tarixini yazmalı, kitablar və sənədli filmlər vasitəsilə nəsillərin bu məlumatlara çıxışını təmin etməlidirlər. Bu, icmalarda baş verən hadisələri anlamağa, bir nəsildən digərinə tarixi ötürməyə və insanların kim olduqlarını anlamalarına kömək edir”.

Yəqin Desmond Funvienin nə qədər haqlı olduğunu beynəlxal tədbir iştirakçılarının hamısı qəbul edir. Bu gün Avropanın bir çox dövlətləri öz müstəmləkə tarixlərini ört-basdır etməyə, yenidən yazmağa çalışarkən, özlərini “maarifçi” kimi təqdim edərkən, Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik cinayətlərindən açıq danışan azsaylı beynəlxalq platformalardan birinə çevrilib. BTQ artıq bəyannamələrlə məhdudlaşmır; müstəmləkəçiliyin fəsadlarından hələ də əziyyət çəkən xalqları dəstəkləmək üçün praktiki və analitik fəaliyyət sərgiləyir.

Son illər təşkilat diqqəti əvvəllər Fransanın müstəmləkəsi olan ölkələrdəki vəziyyətə fəal şəkildə cəlb edərək, stereotipləri dağıtmağa və xalqların tarixi yaddaş və ədalət hüquqlarını müdafiə etməyə kömək edir. Bakı Təşəbbüs Qrupunun Afrika xalqlarına dəstəyi, əslində, Azərbaycanın işğaldan, zorakılıqdan, talandan sağ çıxanlarla dərin həmrəyliyinin təzahürüdür. Xarici təcavüzü, ədalətsizliyi, qərəzliyi təkbaşına yaşamış Azərbaycan dövləti müstəqillik, ləyaqət və söz haqqı uğrunda mübarizə aparmağın nə demək olduğunu mükəmməl şəkildə anlayır. Təcrübə isə paylaşılanda fayda gətirir. Hesab edirik ki, bu mövqe yeganə düzgün mövqedir. Axı dünya müstəmləkəçiliyin cinayətlərinə səssiz qalanda bunun adı, sadəcə olaraq, unutqanlıq deyil. Bu, ədalətsizliyin davamıdır. Bir çox Avropa paytaxtları öz müstəmləkə vəhşiliklərinin miqyasını etiraf etməsələr də, bizə və dünyaya o həqiqətləri xatırladan Bakıdan ucalan səslərdir. Bu səslər deyir ki, milyonlarla insanın qanı ilə heç bir rifah qurmaq mümkün deyil. Ən əsası isə Bakı Təşəbbüs Qrupu tarixi həqiqətin məqamının yaxınlaşdığını nümayiş etdirir.

Müstəmləkə imperiyaları keçdi, lakin onların kölgələri iqtisadi asılılıqlarda, bərabərsizliklərdə və stereotiplərdə qalmaqdadır. Və bu gün Afrika yenidən yüksəlməyə başladığı kimi, Azərbaycan da həqiqəti söyləmək istəyənlərin yanındadır. Çünki ölkəmiz özü kimi ədalət uğrunda mübarizə aparanlara hərtəfəli dəstəyini artıq sübuta yetirib.

P.S. Hələ 5 il bundan əvvəl BMT-nin bir qrup eksperti rəsmi Brüsselə özünün müstəmləkəçi keçmişinə görə üzr istəməsini tövsiyə etsə də, onlardan səs çıxmamışdı. Amma Belçika rəhbərliyi anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətindən bu gün də əl çəkmir. Belçika ermənilərin mif yaradıcılığına lobbiçilik edənlərin yedəyində gedən və qondarma “erməni soyqırımı”nın tanınması barədə parlament qətnamələri qəbul edən ölkələrdən biridir. Tarixi ədalətin zəfərinə, yaxud taleyin ironiyasına diqqət edin: indi Belçikanın özü müstəmləkəçilik siyasətinə görə ittham olunur. Bəs, 5-6 il əvvəl başqasının gözündə tük axtaran, Türkiyəyə “keçmişinə cəsarətlə baxmağı” tövsiyə edən Brüsselin bu gün öz gözündə tiri görməyə cürəti çatacaqmı?

İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Noyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see221

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see167

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see148

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see146

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see139

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see139

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see135

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see134

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see133

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see131

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see130

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see128

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri