Afrikada hamını qabaqladı
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Afrikada sona çatmaqda olan ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi “Atalanta”nın hücumçusu Ademola Lukman olub.
Nigeriyalı futbolçu Simon Adinqra (Brayton), Seru Girassi (Borussiya D), Əşrəf Hakimi (PSJ) və Ronven Uilyamsı (Mamelodi Sandauns) qabaqlayıb. Lukman mükafatın təqdim olunması mərasimində milli geyimdə olması ilə diqqət çəkib.
Qeyd edək ki, 27 yaşlı hücumçu bu mövsüm “Atalanta”nın formasında meydana çıxdığı 13 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. O, bu il İtaliya klubu ilə Avropa Liqasının qalibi və turnirin ən yaxşı oyunçusu adını qazanıb.
Baxış sayı:131
Bu xəbər 23 Dekabr 2024 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















