Icma.az
close
up
RU
Afrikada ilk Azərbaycan biznes forumu keçirilib, 3 anlaşma memorandumu imzalanıb FOTOLAR

Afrikada ilk Azərbaycan biznes forumu keçirilib, 3 anlaşma memorandumu imzalanıb FOTOLAR

Icma.az, Marja.az saytına istinadən bildirir.

25 noyabr 2025-ci il tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbədə tarixi biznes hadisəsi baş verib: Afrika qitəsində ilk dəfə olaraq Azərbaycan iş adamlarının iştirakı və ilə birinci Azərbaycan-Efiopiya Biznes Forumu keçirilib. 100-dən çox iştirakçının qatıldığı forum Afrika - Azərbaycan Ticarət Əlaqələri Təşkilatı (Africa–Azerbaijan Cooperation (AFAZ)) təşkilatçılığı və Azərbaycan Respublikasının Efiopiyadakı Səfirliyinin dəstəyi ilə reallaşıb.

Tədbir yalnız bir görüş deyildi — bu, Azərbaycan və Efiopiya arasında iqtisadi əməkdaşlığın yeni səhifəsinin açılması, uzunmüddətli ticarət və investisiya körpülərinin inşası istiqamətində atılan mühüm addım idi.

Forum Azərbaycan biznesinin Afrika bazarına inteqrasiyası üçün real imkanlar yaradıb, həmçinin iki ölkənin sahibkarları arasında birbaşa dialoqa start verilib.

Forumda müxtəlif sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri iştirak edib:

Friends CaféEkzobutik -Ekzotik meyvələrBaku Rifah ResidenceAZARSERVICEH2A Trading and Advisory166 Global – Logistics and TransportAzərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMIA)HerbafloraIsmixanlı Fruits

Şirkətlər qida və kənd təsərrüfatı, tikinti, logistika, ticarət, ixrac-idxal, sənaye materialları və digər sahələr üzrə təmsil olunublar. Bu isə forumun çoxşaxəli — həm kənd təsərrüfatı, həm sənaye, həm logistika, həm ticarət sahələrinə toxunan — formatda keçirildiyini göstərir.

Forumun açılış mərasimində aşağıdakı şəxslər çıxış edib:

Azərbaycan Respublikasının Efiopiyadakı səfiri Ruslan NasibovEfiopiya Xarici İşlər Nazirliyi — Biznes Diplomatiyası üzrə Baş direktor səfir Yohannes FantaEfiopiya Ticarət və Sahəvi Assosiasiyalar Palatasının Vitse-prezidenti Sebsib Abafira AbajobirƏddis-Əbəbə Ticarət və Sahəvi Assosiasiyalar Palatasının Baş katibi Meseret Molla Kassahun

Sonra AFAZ-ın təsisçisi  Rəna Qəfərova forumun məqsədləri, Afrika-Azərbaycan əməkdaşlığının perspektivləri və konkret investisiya / ticarət imkanları barədə geniş təqdimatla çıxış edib.

Forum çərçivəsində:

Efiopiya İnvestisiya Komissiyası (EIC) ölkənin investisiya mühiti, imkanları və investisiya sahələri barədə geniş təqdimat edib.Yerli sahibkarları təmsil edən Efiopiya Qadın Ticarət Assosiasiyası forumda iştirak edərək, qadın sahibkarlığı və investisiya imkanları mövzusunda çıxış edib.Azərbaycan və Efiopiya tərəfləri arasında özəl sektora aid 3 anlaşma memorandumuna (MoU) imzalanıb.Forum çərçivəsində həm B2G (Business-to-Government), həm B2B (Business-to-Business) danışıqlar aparıldı — bu, konkret layihələr və investisiya planları üzərində dialoqun başlanğıcı olub.

Görüşlər zamanı kənd təsərrüfatı, logistika, tikinti materialları, ixracat–idxalat, ticarət, sənaye parkları, qida və emal sektorları üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Birinci Azərbaycan-Efiopiya Biznes Forumu Afrika qitəsində Azərbaycan biznesinin ilk geniş əlaqələr yaratmaq tədbiri olmaqla yanaşı, iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsi üçün möhkəm zəmin yaradıb. Forum göstərib ki, Azərbaycan şirkətləri Afrika bazarında rəqabətədavamlıdır və əməkdaşlıq üçün real imkanlara malikdir. Bu təşəbbüs gələcəkdə bir sıra investisiya layihələrinin, ixrac-idxal əməliyyatlarının, yeni əməkdaşlıq formatlarının yaranmasına təkan verəcək.

Forumun uğuru və iştirakçıların sayı — həm dövlət, həm özəl sektor, həm diplomatik korpus, həm sahibkarlar — bu təşəbbüsün strateji əhəmiyyətini bir daha sübut edib.

Forum 23–28 noyabr tarixlərində Efiopiyaya təşkil olunan Azərbaycan biznes missiyasının tərkib hissəsi olaraq keçirilib. Biznes missiyanın proqramına aşağıdakılar daxil idi:

MESOB Service mərkəzinə ziyarət – Azərbaycandakı ASAN Xidmət modelinin Efiopiyada tətbiqi ilə tanışlıq;Azad iqtisadi zonalara və sənaye parklarına səfərlər – yerli istehsal prosesləri, ixrac və emal müəssisələrinin fəaliyyəti ilə yerində tanışlıq;Ticarət palataları və dövlət qurumları ilə əməkdaşlıq görüşləri – yeni tərəfdaşlıqların qurulması və qarşılıqlı investisiya imkanlarının müzakirəsi.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://marja.az
archiveBu xəbər 27 Noyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri