Afrikada niyə bu qədər böyük heyvan yaşayır? Alimlərin izahı
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Afrika Yer üzündə yaşayan ən böyük quru heyvanlarına ev sahibliyi edir və alimlər bunun səbəbini insanın təkamül tarixi ilə əlaqələndirirlər.
Qayanrifno xəbər verir ki, "IFLScience" nəşrinin məlumatına görə, Afrika qitəsi həm ən böyük quru heyvanı – Afrika savanna filləri, həm də ən iri quş – tısbağaquş (strus) və ən böyük primat – şərqi qorilla ilə fəxr edə bilər. Burada həmçinin dünyanın ən hündür canlısı ziraf, eləcə də çəkisi bir tondan artıq olan kərgədan və suayğırı yaşayır.
Maraqlıdır ki, qədim dövrlərdə Yer üzündə yaşamış ən böyük canlılardan biri də Cənubi Amerikanın indiki ərazisində 100 milyon il əvvəl mövcud olmuş nəhəng dinozavr – Patagotitan mayorum idi. Mavriki və Madaqaskar adalarında təxminən 1000 il əvvəl nəsli kəsilmiş fillər quşları isə tarixdə məlum olan ən iri quş növləri hesab olunur.
Alimlər bildirirlər ki, Afrikada meqafaunanın (iri heyvanların) məhv olması prosesi digər qitələrdəki qədər kütləvi olmayıb. Dördüncü dövrün sonlarında Homo sapiens digər bölgələrə yayıldıqca, oradakı nəhəng heyvanların çoxunu məhv etmişdi. Lakin Afrikada yaşayan növlər insanın təkamülü ilə yanaşı inkişaf etdiyindən, bu qarşılıqlı uyğunlaşma onların sağ qalmasında mühüm rol oynayıb.
2024-cü ildə aparılan tədqiqatda müəyyən olunub ki, paleotropik regionun (Sahara cənubundan Afrikanın və tropik Asiyanın) heyvanları digər qitələrin növləri ilə müqayisədə daha az nəsli kəsilmiş növlərə malikdir. Alimlərin fikrincə, qədim dövrlərdə baş verən bu "filtrasiya” prosesi daha zəif xüsusiyyətlərə malik növlərin məhv olmasına, daha dayanıqlı olanların isə sağ qalmasına səbəb olub.
Beləliklə, Afrikanın mегафaunası insanla eyni mühitdə milyon illər ərzində təkamül keçirdiyindən, bu heyvanlar insanlara qarşı daha ehtiyatlı davranmağı "öyrənib”. Bu da onların bu günədək nəsillərini qoruyub saxlamaqlarına kömək edib.
Aydın
Baxış sayı:35
Bu xəbər 12 Noyabr 2025 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















