Afrikadan DÇ 2026 ya 3 cü vəsiqənin sahibi oldular
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Afrikada DÇ-2026-nın seçmə mərhələsinin daha bir qalibi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Misir yığması 9-cu turda Cibutini 3:0 hesabı ilə məğlub edib. İlk qolu İbrahim Adel vurub, Məhəmməd Salah isə dubla imza atıb. Misirlilər bu qələbə ilə A qrupunda liderliyi təmin edərək mundiala vəsiqə qazanıblar.
Qeyd edək ki, Misirdən əvvəl Afrikadan DÇ-2026-nın final mərhələsinə Mərakeş və Tunis yığmaları vəsiqə qazanıblar.
Yeri gəlmişkən, gələn il keçiriləcək dünya çempionatında 48 komanda iştirak edəcək.

