Icma.az
close
up
RU
Yeni yanaşma mövcud kartlara da şamil edilir?

Yeni yanaşma mövcud kartlara da şamil edilir?

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda banklar tərəfindən təqdim edilən ödəniş kartlarının sayına tətbiq olunan risk əsaslı yanaşma hazırda istifadə edilən ödəniş kartlarına hər hansı məhdudiyyət yaratmır.

Axşam.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib.

"Müştərilər mövcud kartlardan onların etibarlılıq müddəti başa çatanadək və ya kart hesabı bağlanılanadək istifadə edə bilərlər.

Əlavə ödəniş kartına ehtiyac yarandıqda müştəri xidmət aldığı banka müraciət edə bilər. Bank müraciəti risk əsaslı yanaşma çərçivəsində qiymətləndirəcək. Kartdan və ya elektron pula bağlı ödəniş hesabından istifadə məqsədi barədə ağlabatan izahat təqdim edildiyi, əməliyyatların bankda mövcud məlumatlarla uyğun olduğu və qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda nəzərdə tutulan sayın artırılması mümkündür" ABA-dan bildirilib.

Yeni yanaşmanın əsas məqsədi ödəniş xidməti təchizatçılarının, o cümlədən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərini minimuma endirmək və risk əsaslı yanaşmanın daha vahid formada tətbiq edilməsidir.

Yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, eləcə də depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı nəzərdə tutulur.

Bu yanaşma yalnız konkret banka şamil edilir və müştərinin digər banklardan ödəniş kartı əldə etməsinə məhdudiyyət yaratmır. Eyni zamanda, bank tərəfindən bir neçə fərqli ödəniş kartı məhsulu təqdim edilirsə, müştəri həmin məhsulların hər biri üzrə ayrıca kart əldə edə bilər. Məsələn, eyni bankda "Azal Miles" və digər debet və ya kredit kartı məhsullarından istifadə etmək mümkündür.

Yanaşma həm manat, həm də xarici valyutada təqdim olunan ödəniş kartlarına şamil edilir. Belə ki, müştəri eyni bankdan həm milli valyutada, həm də ABŞ dolları, avro və digər xarici valyutalarda müxtəlif kart məhsulları əldə edə bilər.

Məlumata görə, risk əsaslı yanaşma 1 avqust 2026-cı ildən tətbiq edilir. Banklar və digər ödəniş xidməti təchizatçıları yanaşmanı texniki imkanları və daxili prosedurlarına uyğun olaraq mərhələli şəkildə tətbiq edirlər.

Yeni yanaşmanın rəqəmsal ödəniş ekosistemində sui-istifadə hallarının və maliyyə fırıldaqçılığı risklərinin azaldılmasına, habelə ödəniş xidmətlərinin təhlükəsizliyinin gücləndirilməsinə xidmət etdiyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://axsam.az
archiveBu xəbər 25 Sentyabr 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri