Icma.az
close
up
RU
“Ağ Ev Apartaments”in villalarını sökürlər Həbs dalğası

“Ağ Ev Apartaments”in villalarını sökürlər Həbs dalğası

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Xəzər rayonunda gerçəkləşən korrupsiya həbslərinin təfərrüatları məlum olub.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, Xəzər rayon İcra Hakimiyyətinə tabe olan Təsərrüfat Şöbəsinin (MKTŞ) mühəndisi Sahib Əliyevin ardından şöbənin müdiri Rəsul Rəsulov da saxlanılıb.
Musavat.com-a daxil olan məlumata görə hər iki vəzifəli şəxs Heydər Əliyev Beynəlxalq Aeroportunun həndəvərində olan, zamanında Prezident Aparatının Buzovna Südçülük-Tərəvəzçilik sovxozunun əkin təyinatlı sahələrini ayrı-ayrı vətəndaşlara, “Ağ Ev Apartaments” layihəsini gerçəkləşdirən iş adamlarına satılmasına yol açan vəzifə saxtakarlığı ediblər.
Vətəndaşlara və iş adamlarına təqdim edilən saxta sənədlər əsasında dövlət qurumlarına müraciətlər olunub və torpaqlara aid müvafiq sənədlər – çıxarışlar alınıb.

Bu gün isə ərazidə tikililər qanunsuz elan edilib və sökülməkdədir. Təxminən 160 fərdi yaşayış evi və “Ağ Ev Apartaments”in inşa etdiyi çoxsaylı villalar buldozerin qarşısına verilərək sökülür.
Vətəndaşlar əllərində dövlət qurumları tərəfindən verilən çıxarış ola-ola əmlaklarının sökülməsini seyr edir. Bəziləri məhkəmələrə üz tutaraq söküntünün qanunsuz hesab edilməsi, onlara kompensasiya ödənilməsi tələbini irəli sürüblər.

İddia olunur ki, Təsərrüfat Birliyinin mühəndisi Sahib Əliyev Binə qəsəbəsində vətəndaşlardan külli miqdarda pul alaraq tikintilərə icazə verməsi ilə ad çıxarıb. Gün ərzində Sahib Əliyevin Xəzər rayonu ərazisində vətəndaşların apardıqları tikintilərdən 45-50 min manata yaxın pul yığdığı haqda da məlumat var.
Qeyd olunur ki, Sahib Əliyev geniş imkanları ilə də tanınır. Onun mal varlığının siyahısı da genişdir:

-Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 87 ünvanında mənzili;

Şamaxı rayonu, Muğanlı kəndi ərazisində 37 hektar torpaq sahəsi;

Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 5 hektarı əhatə edən 55 saylı bağ sahəsi;

Mərdəkan qəsəbəsi, 28 May küçəsində 1 hektar;

Buzovna qəsəbəsində  50 sot;

Zirə qəsəbəsində 1 hektar torpaq sahəsi.

Bundan başqa Sahib Əliyev bahalı maşınlar həvəskarı kimi də tanınır. Onun 6 ədəd “CİP”i var. Saxlanılana qədər əsasən “Tayota Land Cruiser Prado” markalı, Az 10 ZR 064 nömrə nişanlı və “Explore Defender” avtomobillərindən istifadə edib. 

Hazırda faktla bağlı araşdırma aparılır.  Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən münasibət öyrənməyə çalışdıq. Xidmətdən israrlı zənglərimizə cavab verilmədi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Dekabr 2024 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri