Icma.az
close
up
RU
“Ağ ev”in sabiq aparat rəhbərinin şirkəti Azərbaycandakı gəlirlərini açıqladı

“Ağ ev”in sabiq aparat rəhbərinin şirkəti Azərbaycandakı gəlirlərini açıqladı

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycanda qızıl və gümüş hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti ötən il üçün hesabatını açıqlayıb.
Yeniavaz.com
 şirkətin açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin gəlirləri hasilatın azalması səbəbindən ötən illə müqayisədə azalıb – 39,6 milyon dollar təşkil edib.
Qeyd olunub ki, bu göstərici 2023-cü ildə 45,9 milyon dollar olub. Əməliyyat zərəri isə 18,8 milyon dollara düşüb və 2023-cü ildə 24,8 milyon dollar olub.
“Anglo-Asian Minin” şirkəti 2024-cü il ərzində 15 073 unsiya qızıl, 16 251 unsiya gümüş, 377 ton mis istehsal edib. 2023-cü il ərzində 21 758 unsiya qızıl, 53 226 unsiya gümüş, 2 138 ton mis istehsal edib. 2022-ci ildə isə qızıl istehsalı 43 114 unsiya, gümüş istehsalı 182 046 unsiya, mis istehsalı isə 2 516 ton olub.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanan Hasilatın Pay Bölgüsü tipli müqavilə çərçivəsində fəaliyyət göstərir. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına “Gədəbəy” yatağında 2009-cu ildə başlanılıb.
Hazırda “Qoşa”, “Qaradağ”, “Gədəbəy”, “Dəmirli”, “Ordubad”, “Vejnəli”, “Xarxar”, “Qızılbulaq” yataqlarının işlənməsi “Anglo-Asian Mining” şirkətinə verib.
Onu da bildirək ki, “Anglo-Asian Mining” şirkətinin əsas səhmdarları arasında 1989-91-ci illərdə - ABŞ Prezidenti Corc Buşun dövründə “Ağ ev”in Aparat rəhbəri olmuş Con Sununu və onun oğlu Mikayel Sununu da yer alır.
Con Sunununun böyük oğlu – 1964-cü il təvəllüdlü Corc Sununu isə 2003-2009-cu illərdə ABŞ Senatının üzvü olub.
Con Sunununun kiçik oğlu – 1974-cü il təvəllüdlü Kris Sununu 2017-ci ildə etibarən Nyu-Hempşir ştatının qubernatorudur.
Hazırda “Anglo-Asian Mining” şirkətinə İran əsilli iş adamı Reza Vəziri rəhbərlik edir.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 May 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri