Icma.az
close
up
RU
“Ağ ev bizim regionda da aktiv iş aparacaq” Azad İsazadə

“Ağ ev bizim regionda da aktiv iş aparacaq” Azad İsazadə

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


“ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, Ağ ev bizim region, Yaxın Şərq və Ukrayna mövzusuna daha çox diqqət ayıracaq, aktiv iş aparacaq. Nəzərə almaq lazımdır ki, son aylar ABŞ-da siyasətçilərin başı daha çox seçkilərə qarışıb və xarici siyasətə bir o qədər də maraq göstərilməyib”.

Bunu Reyting.az-a hərbi analitik Azad İsazadə deyib.
Analitik qeyd edib ki, seçkiləri Demokrat Partiyasının namizədi Kamala Harrisin udması Azərbaycana münasibəti dəyişməyəcək: “Ümumən Demokrat Administrasiyasının Azərbaycanla bağlı siyasəti bizə aydındır, bu, Azərbaycanı qane etmir. Onların Azərbaycan və Ermənistan arasında sülh sazişinin həlli məsələsində mövqeyini də bilirik. Əlbəttə, Azərbaycan Amerika ilə işləyir, öz mövqeyini çatdırır, bəzən mövqelərin yaxınlaşdırılması müşahidə edilir, bəzən bunun əksi baş verir. Bu da normaldır. Yəni xanım Harrisin bu məsələyə dair hansı mövqedən çıxış edəcəyi, komandasının hansı istiqamətləri əsas götürəcəyini proqnozlaşdırmaq mümkündür. Bakı da onlarla işləyəcək, möqeyini açıqlayacaq və s. Necə ki indiyə qədər belə etmişik”.
A. İsazadənin qənaətincə, respublikaçı namizəd Donald Trampın prezident seçilməsi halında nəyin necə olacağını proqnozlaşdırmaq çətindir:
“Düşünürəm, Tramp özü də bilmir ki, bu məsələdə hansı addımlar atılmalıdır. Yəni onun bu mövzuya dair ideyası yoxdur. Nəzərə almaq lazımdır ki, biz Qarabağı işğaldan azad edəndə Donald Tramp ABŞ prezidenti idi və məsələlərə nisbətən loyal qaldı. Bilmək olmur, indi seçiləcəyi təqdirdə neytral mövqeyini qoruyub saxlayacaqmı, bizimlə əməkdaşlığa daha çox üstünlük verəcəkmi, yoxsa fərqli mövqedən çıxış edəcək. Ancaq bütün hallarda Azərbaycan ABŞ-nın yeni prezidenti ilə işləyəcək”.
İsazadə sonda əlavə edib ki, ABŞ-da seçkilərin sakit və dinc keçirilməsi vacibdir. Çünki seçkilərdən sonra ABŞ-nın yaxın 4-5 illlik dövr üçün regionumuzla bağlı siyasətinin əsasları tədricən ortaya çıxacaq.
E. KAMAL

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri