Icma.az
close
up
RU
Azad İsazadə: Əsgərlikdən qayıdanlar zahiri formanı çıxarır, amma...

Azad İsazadə: Əsgərlikdən qayıdanlar zahiri formanı çıxarır, amma...

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağsu rayonunda hərbi xidmətdən qayıdan gənc dava saldığı üçün həbs edilib.

Teleqra xəbər verir ki, hadisə bu ilin aprelin 22-də baş verib.

2005-ci il təvəllüdlü Sənan Mahirov (ad və soyad şərti verilib – red.) bu günlərdə hərbi xidmətdən tərxis olunduğu üçün yaşadıqları evdə şənlik təşkil olunub. Şənlikdə onun qohumları da iştirak ediblər.

Şənlikdə araq icən Sənan sərxoş vəziyyətə düşüb. O, xalasının əri ilə rəqs üstündə mübahisə edib.

Mübahisə dava-dalaşa çevrildiyi üçün hadisə yerinə polis əməkdaşları gəlib. Polislər onu Ağsu Rayon Polis Şöbəsinə dəvət ediblər.

Polis şöbəsinə gətirildikdən sonra Sənan polis şöbəsinin inzibati binasının qarşısında əsəbiləşib və ucadan səs-küy salaraq nalayiq küçə söyüşləri söyməyə başlayıb.

Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, hərəkətlərinə davam edib.

Sənanın barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Sənan etdiyi hərəkətlərə görə çox peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirib.

Ağsu Rayon Məhkəməsinin qərarı ilə Sənan 15 gün müddətində inzibati qaydada həbs edilib.

Psixoloq Azad İsazadə Sherg.az-a açıqlamasında deyib ki,  hər üç aydan bir əsgərlər hərbi xidmətdən geri qayıdırlar:


“Əsgərlikdə olan insana uzun müddət kişi kollektivində silah daşımaq, silah atmaq, döyüşə qatılaraq müharibənin başlayacağı kimi fikirlər aşılanır. Çünki əsgərləri aqressiv davranışa hazırlayırlar. Buna görə də əsgərlikdən qayıdanlar zahiri formanı çıxarır, ancaq daxilən hərbiyə hazırlıq formasını çıxara bilmirlər. Mülki həyata qayıtmaq üçün onlara müəyyən müddət lazımdır. Digər tərəfdən əsgərlikdən qayıdan insan tək mənfi xasiyyətlə deyil, müsbət xasiyyəti də özündə toplayır. Yəni daha intizamlı olur, öz geyimlərini səliqəli şəkildə yığır və.s. Çünki 1 il,  1.6 ay əsgərlikdə bu qaydaları onlardan tələb edirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Aprel 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri