Ağ ev rəsmən təsdiqlədi: Ukrayna ABŞ silahları ilə Rusiyanı vura bilər
Reyting.az saytına istinadən Icma.az xəbər verir.
Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi ilk dəfə olaraq keçən həftə ABŞ-nın Ukrayna ordusunun Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə verdiyi xəbərini təsdiqləyib.
Reyting.az-ın məlumatına görə, Ağ ev rəsmisi deyib ki, bu məsələdə siyasətlərini dəyişdiriblər.
Onun sözlərinə görə, hazırda Ukrayna ordusu təcili ehtiyac duyduğu halda uzaqmənzilli Quru Taktik Raket Sistemləri (ATACMS) ilə müdafiə oluna bilər. Hazırda isə bu, Kursk vilayətində baş verir.
Kirbi sözügedən raketlərin istifadəsinin təfərrüatları ilə bağlı çox şərh verməyib:
“Ukraynalılar özləri ATACMS-dan necə yararlandıqlarını, hədəfləri necə təyin etdiklərini və bu raketləri necə istifadə etdiklərini danışırlar”.
Qeyd edək ki, keçən həftə ABŞ mətbuatına danışan bəzi adı açıqlanmayan ABŞ rəsmiləri Ukraynaya Rusiya ərazisində ABŞ-nın uzaqmənzilli silahlarından məhdud şəkildə istifadə etmək icazəsi verildiyini bildirsələr də, bu məsələ ilə bağlı rəsmi açıqlama verilməmişdi.
ELÇİN
Bu mövzuda digər xəbərlər:Ağ Ev təsdiqlədi: Ukrayna Rusiyanı ATACMSla vurur
26 Noyabr 2024 09:16
Ukrayna bu raketlə Rusiyanı vura bilər ABŞ təsdiqlədi
26 Noyabr 2024 09:11
ABŞ təsdiqlədi: Ukrayna bu raketlə Rusiyanı vura bilər!
26 Noyabr 2024 00:33
Ağ Ev Ukraynaya Rusiyanı ATACMSlə vurmağı rəsmən təsdiqlədi
26 Noyabr 2024 14:49
Baxış sayı:156
Bu xəbər 26 Noyabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















