Ukrayna bu raketlə Rusiyanı vura bilər ABŞ təsdiqlədi
Manset saytına istinadən Icma.az xəbər verir.
Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın Kursk bölgəsinə və ətraf ərazilərə zərbə endirmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etmək icazəsinin olduğunu axır ki, rəsmən təsdiqləyib.
Manset.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
"Hazırda onlar təxirəsalınmaz hallarda özünümüdafiə üçün ATACMS-dan istifadə etmək imkanına malikdirlər. Və elə indi Kursk və ətrafında nələrin baş verdiyi sizə aydındır”, - deyə Kirbi bildirib.
O, həmçinin etiraf edib ki, Amerika administrasiyası Ukrayna qoşunlarının xüsusi hədəf növlərini vurmaq üçün ATACMS raketlərindən istifadə imkanları ilə bağlı təlimatı həqiqətən də dəyişib.
Qeyd edək ki, Ukrayna artıq bir həftədir ki, ATACMS raketlərindən Rusiya ərazisini vurmaq üçün istifadə etsə də, ABŞ bu icazəni verdiyini rəsmən təsdiqləməmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 26 Noyabr 2024 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















