Icma.az
close
up
RU
“Ağ Ev”də keçiriləcək görüş analoqu olmayan hadisədir Deputat

“Ağ Ev”də keçiriləcək görüş analoqu olmayan hadisədir Deputat

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-yə tarixi əhəmiyyətli səfər edib. Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi edir. Bu, Cənubi Qafqaz regionu üçün Vətən müharibəsindən sonra analoqu olmayan, yeni bir hadisədir. Səfər zamanı Azərbaycan və ABŞ prezidentləri arasında keçiriləcək yüksək səviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə tərəfdaşlığın daha da möhkəmləndirilməsi, eləcə də Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin gündəmdə olacağı gözlənilir. Digər tərəfdən, bu, ABŞ-nin regiona böyük marağını, burada sülhə və sabitliyə nail olunmasını dəstəklədiyini göstərir”.
Bunu Demokrat.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva deyib. 

O bildirib ki, ABŞ–Azərbaycan münasibətlərində son günlərdə diqqətçəkən mühüm hadisələrdən biri ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin ABŞ-nin yeni administrasiyası ilə bağlı müsbət fikirlərinin və sülhə dair çıxışını öz rəsmi sosial şəbəkə platformasında paylaşması olmuşdu:
“Bu addım Tramp Administrasiyasının Azərbaycan Prezidentinə olan hörmətinin və isti münasibətinin bariz nümunəsi idi. Tramp Administrasiyası bir neçə dəfə Cənubi Qafqaz regionunda sülhə və ədalətli mövqeyə dəstək olduğunu dilə gətirib. Prezident İlham Əliyev öz növbəsində cənab Trampa açıq şəkildə təşəkkürünü bildirərək bu dəstəyi yüksək qiymətləndirdiyini bəyan etdi. Bu, iki ölkə arasında səmimi və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin göstəricisi idi”.
Millət vəkili bildirib ki, bu səfərlə ABŞ–Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur, proqnozlaşdırmaq olar ki, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirən bir neçə sənəd də imzalana bilər:
“Səfərin digər məqsədi Azərbaycan–Ermənistan sülh gündəliyinin müzakirəsi olacağı gözlənilir. Bundan öncə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında, heç bir vasitəçi olmadan, Əbu-Dabi şəhərində görüş keçirilmiş və regionda de-fakto mövcud olan sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində yeni bir addım atılmışdı”.
Pərvanə Vəliyeva qeyd edib ki, sözügedən sülh müqaviləsinin mətni tərəflər arasında razılaşdırılsa da, Azərbaycanın haqlı iki tələbi həll edilməmiş qalırdı:
“Fəaliyyətsiz və artıq mövcud olmayan münaqişənin “qalığı” olan ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında Azərbaycan Respublikasının legitim ərazilərinə dair iddiaların aradan qaldırılması Azərbaycanın tələbləridir.
Proqnozlaşdırmaq olar ki, dövlətimizin bu tələbləri də Ermənistan tərəfindən qəbul edilib. Beynəlxalq medianın da verdiyi siqnallar artıq Minsk Qrupunun “dəfninə” az qaldığını göstərir. Ermənistan rəsmiləri də Konstitusiyaya dəyişikliyə gediləcəyi mesajlarını verirlər. Çünki bu tələblər və Zəngəzur dəhlizinin açılması olmadan iki ölkə arasında sülh müqaviləsinin bağlanması real görünmür.
Prezidentimiz dəfələrlə bəyan edib ki, biz sülhü Paşinyanla deyil, Ermənistan xalqı ilə imzalamaq istəyirik. Deməli, erməni xalqı Konstitusiya dəyişikliklərinə “hə” deməli, Azərbaycanın haqlı narahatçılığını qəbul etməlidir.
Qələbəni, sülh gündəliyini, sülh müqaviləsinin şərtlərini, Zəngəzur dəhlizinin fəaliyyətini diqtə edən və reallaşdıran Prezident İlham Əliyevdir. Xarici mediada dəhlizin ABŞ tərəfindən istismar ediləcəyi və ya ABŞ-nin qarantiyası ilə işə düşəcəyi qeyd olunur. Hər halda, ABŞ Prezidenti Donald Tramp belə bir görüşə ev sahibliyi edirsə, deməli, deyilənlərdə həqiqət payı var”.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Avqust 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri