Icma.az
close
up
RU
Əsədin yerini Ağ Ev də BİLMİR

Əsədin yerini Ağ Ev də BİLMİR

Vaşinqton administrasiyasında Suriya prezidenti vəzifəsindən istefa vermiş Bəşər Əsədin harada olduğu barədə məlumat yoxdur.

Modern.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

"Ağ Ev CBS telekanalına bildirib ki, Əsədin harada olması barədə heç bir məlumatı yoxdur", - telekanal qeyd edir.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Şon Savett bildirib ki, ABŞ prezidenti Co Bayden Suriyadakı vəziyyətin inkişafını diqqətlə izləyir.

seeBaxış sayı:42
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri