“Ağ Evdə süni intellekt zirvəsi və tarixi səhv”
Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“ABŞ Prezidenti Donald Tramp Ağ Evdə texnologiya nəhənglərinin rəhbərlərini — İlon Mask, Mark Zukerberq, Censen Xuanq, Sundar Piçai, Dario Amodei, Qreq Brokman və digərlərini bir araya gətirib”.
Adalet.az xəbər verir ki, bunu tanınmış telejurnalist İbrahim Nəbioğlu deyib.
“Görüşün yekunu olaraq bir səhifəlik "Ağ Evin Superintellekt Razılaşması" imzalanıb. Sənədə əsasən, şirkətlər təhlükəsizliyə özləri nəzarət edəcəklərini öhdələrinə götürürlər: daxili nəzarət, xüsusi təhlükəsizlik qrupları, müstəqil audit və direktorlar şurasının nəzarəti. Maraqlı detal: Sənəd tamamilə könüllüdür və hüquqi qüvvəyə malik deyil. Tramp onu "mənəvi cəhətdən məcburi" adlandıraraq demək olar ki, Konstitusiya ilə müqayisə edib.Amma hər şeyin ciddiliyinə kölgə salan bir məqam var — imzaların olduğu səhifə. Trampın imzasının altında onun vəzifəsi "President of the Unites States" kimi göstərilib ("United" əvəzinə səhvən "Unites" yazılıb). Beləliklə, bəşəriyyətin gələcəyini müəyyən edəcək superintellekt haqqında sənəddə ABŞ məmurları öz ölkələrinin adını belə səhvsiz yaza bilməyiblər.Sizcə, bu cür könüllü sazişlər süni intellekt təhlükəsizliyini qoruya bilərmi?”,- deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 01 Oktyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















