Tramp Ağ Evdə süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Ağ Evdə süni intellekt texnologiyalarının inkişafı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri ilə görüş keçirəcəyini açıqlayıb.
APA-nın məlumatına görə, Tramp bu barədə Viskonsin ştatına uçarkən jurnalistlərə açıqlamasında bildirib.
“Bu şirkətlərin hamısı ilə çox yaxın zamanda görüşüm planlaşdırılıb. Onların hamısı Ağ Evə gələcək. Yəqin ki, gələn həftə”, – deyə ABŞ prezidenti qeyd edib.
Tramp görüşdə yalnız iri texnologiya şirkətlərinin nümayəndələrinin iştirak edəcəyini vurğulayıb.
Onun sözlərinə görə, müzakirələrin əsas mövzularından biri dövlət və özəl sektor arasında süni intellekt sahəsində mümkün əməkdaşlıq olacaq.
ABŞ lideri görüşün detalları barədə əlavə məlumat verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 05 İyun 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















