Icma.az
close
up
RU
“Ağ Evdən “zərbə paketi“: ABŞ ın yeni sanksiyaları və gizli diplomatiya“ CNN

“Ağ Evdən “zərbə paketi“: ABŞ ın yeni sanksiyaları və gizli diplomatiya“ CNN

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Vaşinqton Rusiyaya qarşı rekord sərt sanksiyalar hazırlayır, eyni zamanda Kreml nümayəndələri ilə Ukrayna barədə gizli danışıqlar aparır..."

ABŞ Senatı Rusiyaya qarşı yeni və "sarsıdıcı" sanksiya paketini səsverməyə çıxarmağa hazırlaşır. 

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Yeni sanksiyalar Senatda sürət qazanır

Layihənin müəllifi senator Lindsi Qrem bildirib ki, Ağ Ev sənədi artıq rəsmi şəkildə dəstəkləyib. Onun sözlərinə görə, prezident Donald Tramp şəxsən Senatın çoxluq lideri Con Tünə qanun layihəsini irəli aparmağı tapşırıb: "Bazar günü qolf oynayanda prezident Tramp deyib: "Layihəni təqdim edin".

Hazırda layihə 80-dən çox senatorun dəstəyini alıb. Sənəd Rusiya qazı, nefti və uranını alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar və yüksək tariflər tətbiq etməyə imkan verəcək. Qremə görə, məqsəd "Putinə real təzyiq mexanizmi qurmaqdır". Trump da daha əvvəl bildirib ki, respublikaçıların hazırladığı layihə onu tam qane edir.

Sanksiyalar fonunda gizli danışıqlar

Bununla paralel, "The Wall Street Journal" və "Axios" nəşrləri yazır ki, Vaşinqton və Moskva 28 maddəlik gizli sülh planı üzərində çalışırlar. ABŞ tərəfini Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, Rusiyanı isə Kirill Dmitriyev təmsil edir.

Plan dörd sahəni əhatə edir: Ukraynada atəşkəs, təhlükəsizlik zəmanətləri, Avropanın təhlükəsizliyi, ABŞ-Rusiya-Ukrayna münasibətlərinin gələcək modeli.

Mətbuata sızan iddialara görə, müzakirədə Krım və Donbasın statusunun faktiki tanınması, Ukrayna ordusunun ixtisarı və uzaqmənzilli silahlardan imtina kimi maddələr də var. Kiyev isə bu təklifləri "təslim planı" adlandırır və qəbuledilməz hesab edir.

Vaşinqtonun paralel "təzyiq üstəgəl danışıqlar" strategiyası ABŞ diplomatiyasının yeni mərhələsini göstərir. Bu yanaşmanın Putini danışıqlar masasına gətirib-gətirməyəcəyi hələ bilinmir, lakin Ukraynada narahatlıq bir məsələni artırır: qərar masasında yalnız böyük güclər əyləşib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Noyabr 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri