Icma.az
close
up
RU
Ağ Evin 5 min əsgəri Almaniyadan çıxarmaq qərarı ABŞ parlamentində etiraza səbəb olub

Ağ Evin 5 min əsgəri Almaniyadan çıxarmaq qərarı ABŞ parlamentində etiraza səbəb olub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 3 may, AZƏRTAC

Almaniyanın müdafiə naziri Boris Pistorius şənbə günü bildirib ki, 5 min Amerika əsgərinin Almaniyadan planlı şəkildə çıxarılması Avropanı öz müdafiəsini gücləndirməyə təşviq etməlidir. Bununla yanaşı, ABŞ-nin iki yüksəkvəzifəli Respublikaçı senatoru Donald Trampın qərarı ilə bağlı narahatlıq ifadə edərək bildirib ki, qoşun kontingenti Avropanı tərk etməməlidir.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Pentaqon Avropadakı ən böyük bazası olan Almaniyadan əsgərlərin çıxarılmasını İran müharibəsi və tarif gərginliyi ilə bağlı fikir ayrılığının nəticəsi kimi elan edib. Bu, ABŞ ilə Avropa arasındakı münasibətlərə daha çox gərginlik yaradıb.

ABŞ Prezidenti Donald Tramp şənbə günü Floridada jurnalistlərə həmin planla bağlı açıqlama verib: “Biz əsgərlərin sayını çox azaltmaq niyyətindəyik və 5 mindən daha çox azaltmalıyıq”.

Vaşinqtonun qərarının bir hissəsi olaraq, Bayden dövründə Almaniyaya uzaqmənzilli “Tomahawk” raketləri olan ABŞ batalyonunun yerləşdirilməsi planı da ləğv edilib. Bu, Rusiyaya qarşı güclü maneənin yox olması və Berlinə zərbədir.

Senat və Nümayəndələr Palatasının Silahlı Qüvvələr komitələrinin sədrləri olan respublikaçı qanunvericilər, senator Rocer Viker və konqresmen Mayk Rocers Trampın qərarından çox narahat olduqlarını bildiriblər. Onlar birgə bəyanatda qeyd ediblər: “Amerikanın Avropadakı mövcudluğunun vaxtından əvvəl azaldılması, bu imkanlar tam reallaşmamışdan əvvəl çəkindirməni sarsıtmaq və Rusiya Prezidenti Vladimir Putinə yanlış siqnal göndərmək riskini daşıyır”.

Alman nazir Pistorius qismən geri çəkilmənin gözlənildiyini və bu qərarın ABŞ-nin Almaniyada yerləşən təxminən 40 min əsgərdən ibarət mövcudluğuna təsir edəcəyini bildirib. O əlavə edib: “Avropalılar öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır. Almaniya silahlı qüvvələrini genişləndirmək, hərbi tədarükləri sürətləndirmək və infrastruktur qurmaq istiqamətində düzgün yoldadır”.

Tramp ilk prezidentlik müddətindən bəri Almaniyada hərbi mövcudluğun azaldılmasına çağırıb və dəfələrlə Avropanı öz müdafiəsinə görə məsuliyyət daşımağa çağırıb. Lakin o, bu həftənin əvvəlində Vaşinqtonun Yaxın Şərqdəki çıxış strategiyasını şübhə altına alan Almaniya Kansleri Fridrix Merts ilə mübahisədən sonra təhdidi daha da artırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 May 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri