Media: ABŞ Almaniyadan hərbçilərini çıxarmaq üçün hazırlıqlara başlayıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 4 may, AZƏRTAC
ABŞ Almaniyadan ilk hərbçılərini çıxarmağa hazırlaşır. Bu, Vilsek şəhəri yaxınlığındakı hərbi bazada yerləşən mexanikləşdirilmiş briqadaya aiddir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Nəşr qeyd edir ki, briqada “Stryker” zirehli maşınları ilə təchiz olunub. Almaniyadakı təxminən 40 min ABŞ əsgərindən 26 minə yaxını Vilsekdə və yaxınlıqdakı Qrafenvördə yerləşir. ABŞ-dən kənarda ən böyük Amerika təlim poliqonu məhz oradadır.
Aprelin 29-da ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Almaniyadakı hərbi kontingentini azaltmağı düşündüyünü və tezliklə qərar verəcəyini açıqlayıb. Bundan bir gün sonra jurnalistlərin suallarını cavablandıran Amerika lideri deyib ki, Vaşinqton təkcə Almaniyada deyil, İtaliya və İspaniyada da hərbçilərinin sayını azalda bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 04 May 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















