Icma.az
close
up
RU
Ağ Evin diktəsi: Rusiya və Ukrayna kompromisə məcbur edilir

Ağ Evin diktəsi: Rusiya və Ukrayna kompromisə məcbur edilir

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Rusiya–Ukrayna müharibəsinin həlli istiqamətində Tramp administrasiyasının irəli sürdüyü 20 maddəlik sülh planı artıq həlledici mərhələyə daxil olub. Danışıqların indiki mərhələsi onu göstərir ki, tərəflər prinsipial mövqelərdən geri çəkilərək reallıqların diktəsi ilə hərəkət etməyə məcbur qalıblar. Söhbət artıq “kim haqlıdır” debatından deyil, “kim daha az itirəcək” hesablamasından gedir.

Vaşinqton–Moskva–Kiyev xəttində aparılan danışıqlar faktiki olaraq müharibənin siyasi sonluğunu formalaşdırır. Tərəflər 20 maddəlik çərçivə sənədinin bütün əsas müddəaları üzərində razılığa gəlib, hazırda yalnız icra mexanizmləri və texniki detallar müzakirə olunur. Bu isə müharibənin strateji baxımdan bitdiyini, hərbi fazanın isə siyasi qərarlarla əvəz olunduğunu göstərir.

Maksimalist mövqelər çökdü
Danışıqların əvvəlki mərhələlərindən fərqli olaraq, tərəflərin ritorikasında fundamental dəyişiklik var. Moskva artıq müharibənin başlanma səbəblərinin “tam aradan qaldırılması” şərtində israr etmir. Yəni Ukraynanın NATO və Aİ-yə inteqrasiyasının qəti şəkildə bloklanması Kremlin danışıqlardakı qırmızı xətti olmaqdan çıxıb.

Eyni zamanda Kiyev də illərlə təkrar etdiyi əsas şərtdən – işğal altında olan bütün ərazilərin hərbi yolla azad edilməsindən faktiki olaraq geri çəkilib. Ukrayna rəhbərliyi artıq anlayır ki, Qərbin maliyyə və hərbi dəstəyinə, Rusiyaya qarşı misilsiz sanksiyalara baxmayaraq, cəbhədə həlledici dönüş əldə olunmayıb və bu, real perspektivdə mümkün deyil.
Bu mənzərə danışıqların əsas fəlsəfəsini açıq göstərir: tərəflər ideal nəticə deyil, mümkün nəticə ilə razılaşmağa məcburdur.

Moskva üçün sanksiyalar müharibədən daha təhlükəlidir
Kreml çox yaxşı anlayır ki, sanksiyalar altında müharibəni uzatmaq Rusiyanı daha dərin sosial-iqtisadi və struktur böhranlara sürükləyir. Vaşinqtonun sanksiyaların yumşaldılması ilə bağlı verdiyi mesajlar isə daha çox taktiki xarakter daşıyır. Çünki Avropa İttifaqının mövqeyi dəyişməz qalır. Sanksiyalar qüvvədədir və Ukraynaya hərbi-maliyyə dəstəyi davam edir.
Bu isə Moskva üçün aydın siqnaldır ki, müharibənin uzadılması Rusiyanın strateji dözümlülük limitini aşır. Məhz bu səbəbdən rusiyalı danışıqçılar pərdəarxası formatda maksimalist tələbləri yumşaldır, əvvəlcə sərt mövqe nümayiş etdirib, sonra qapalı danışıqlarda güzəştlərə gedirlər. Bu davranış Kremlin zəifliyinin deyil, vəziyyətin realizminin göstəricisidir.

Kiyev üçün acı həqiqət: hərbi qələbə yoxdur
Kiyev də artıq anlayır ki, Qərbin dəstəyinə baxmayaraq, müharibəni hərbi yolla öz xeyrinə bitirmək qeyri-mümkündür. Cəbhədə əldə olunan lokal uğurlar strateji nəticə vermir. Buna görə də Ukrayna rəhbərliyi təhlükəsizlik zəmanətləri qarşılığında ərazi məsələsində de-fakto güzəştlərə gedib.

Prezident Vladimir Zelenskinin açıqlamaları bunu təsdiqləyir. O bildirib ki, ABŞ-ın təhlükəsizlik zəmanətlərinə dair sənəd “100 faiz hazırdır” və Kiyev yalnız imzalanma vaxtını və yerini gözləyir. Lakin eyni zamanda Financial Times-a danışan yüksək vəzifəli ukraynalı rəsmi Vaşinqtonun bu zəmanətlərə real sadiqliyi ilə bağlı şübhələrin artdığını etiraf edir: “ABŞ hər dəfə zəmanət imzalamaq məsələsində dayanır”.
Bu, Kiyevin manevr imkanlarının nə qədər məhdud olduğunu göstərir.

Tramp modeli: iki sənəd, bir nəticə
Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın açıqlaması danışıqların hüquqi arxitekturasını açıq şəkildə ortaya qoyur. ABŞ Ukrayna ilə 20 maddəlik ikitərəfli sənəd imzalayacaq, Rusiya ilə isə ayrıca razılaşma bağlayacaq. Bu model Vaşinqtonun müharibədə “hakim-mediator” rolunu hüquqi müstəviyə daşıdığını göstərir.

Sibiqa açıq etiraf edir ki, Avropa İttifaqının razılığı olmadan Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı heç bir müddəa irəli sürülə bilməz və 2027-ci il hədəfi belə, qeyri-müəyyən olaraq qalır. Bu isə Kiyevin strateji gözləntilərinin ciddi şəkildə aşağı salındığını göstərir.
Ən mühüm məqam isə odur ki, ilk dəfə olaraq söhbət siyasi bəyanatlardan deyil, ABŞ Konqresi tərəfindən təsdiqlənməli olan hüquqi zəmanətlərdən gedir. Bu da Tramp administrasiyasının məsələni sürətlə bağlamaq niyyətini ortaya qoyur.

Abu-Dabi mərhələsi: razılaşma var, sülh hələ yox
1 fevralda Abu-Dabidə keçirilən və yenidən keçirilməsi planlaşdırılan Vaşinqton–Moskva–Kiyev görüşləri ümumi razılaşmanın əldə olunduğunu göstərir. Lakin bu, müharibənin dərhal bitəcəyi anlamına gəlmir. Sənəd imzalansa belə, münaqişənin “dondurulmuş”, tam həll olunmamış forma alması ehtimalı yüksəkdir.

NATO Baş katibi Mark Ruttenin danışıqları “çox incə” adlandırması təsadüfi deyil. Çünki yekunda siyasi məsuliyyət Kiyevin üzərinə düşür və bu qərar Ukrayna cəmiyyəti üçün ağır olacaq.

Bu sülh qələbə deyil,  reallığın diqtəsidir
Formalaşan mənzərə onu göstərir ki, Trampın sülh planı nə Rusiyanın, nə də Ukraynanın tam qələbəsidir. Bu, hər iki tərəfin resurslarının tükəndiyi nöqtədə qəbul etdiyi məcburi kompromisdir. ABŞ isə bu prosesdən qlobal güc balansında əsas oyunçu kimi çıxır.
Müharibə siyasi baxımdan bitir, amma münaqişə qalır. Və bu, XXI əsrin ən klassik reallıq dərsidir. Böyük müharibələr nadir hallarda ədalətlə, çox vaxt isə yorğunluqla başa çatır.
Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Yanvar 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri