Icma.az
close
up
RU
Menu

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Qazlı içkilərlə bağlı yeni araşdırma: Dişlər üçün zərərlidir?

Azərbaycan və İran gömrükdə yeni razılaşma imzaladı

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

Donald Tramp: İrana çox sərt zərbə vuracağıq!

Ağ Evin növbəti məxfi Ukrayna planı

Ağ Evin növbəti məxfi Ukrayna planı

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bayden gizli şəkildə Konqresdən Kiyev üçün əlavə 24 milyard dollar vəsait istəyib

Artıq 1010-cu gününə yaxınlaşan Rusiya-Ukrayna müharibəsi iki ölkə arasında qarşıdurma səviyyəsindən çıxaraq  çoxtərəfli müharibə səciyyəsi alıb. Sahədə iki qonşu ölkə üz-üzə gəlsə də, kollektiv Qərbi təmsil edən ayrı-ayrı dövlətlərin də müharibədə bu və ya digər formada iştirakı ortadadır. Müharibə tərəfi olan Ukraynanı dəstəkləyən ölkələr sırasında ABŞ xüsusi fəallığı ilə seçilir.

Konqresə ünvanlanan gizli sorğu

Bu günlərdə Ağ Evdə prezidentlik dönəmini başa vurmağa hazırlaşan C.Baydenin Ukrayna müharibəsi ilə bağlı növbəti məxfi planı üzə çıxıb. Belə ki, o, gizli şəkildə Konqresdən Kiyev üçün əlavə 24 milyard dollar vəsait istəyib, məsələyə dekabrda baxıla bilər.

Baydenin gizli planını “Politiko” nəşri faş edib. Nəşr bu barədə  əldə etdiyi sənədə istinadən məlumat yayıb. “ABŞ prezidenti Bayden Konqresə Ukraynaya yardım üçün əlavə 24 milyard dollar ayrılması və artıq Kiyevə təhvil verilən silahların müqabilində Amerika ordusunun silah ehtiyatlarının artırılması üçün gizli sorğu göndərib. Konqres müraciəti bazar ertəsi qəbul edib. Müraciətə görə, Bayden administrasiyası Amerika ehtiyatlarını artırmaq üçün 16 milyard dollar ayırmağı və daha 8 milyard dolların Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü proqramı vasitəsilə təsdiq edilməsini təklif edib”, - deyə  nəşr bildirib.

Qeyd edək ki, bundan əvvəl də prezident Baydenin Ukrayna ilə bağlı gizli planı aşkarlanmışdı. Söhbət Ağ Evin Ukrayna münaqişəsi ilə bağlı strategiyasına dair Konqresə təqdim olunan məxfi hesabatından gedir. Həmin hesabatla bağlı məlumatları  “Reuters” öz mənbələrinə istinadən yaymışdı. Hesabat sentyabr ayının 9-da Konqresə çatıb. “Reuters”in məlumatına görə, münaqişənin başlanmasından keçən iki il yarım ərzində Konqres Ukraynaya və müttəfiq ölkələrə müxtəlif yardımlar üçün demək olar ki, 175 milyard dolların ayrılmasını təsdiqləyib.

Ağ Ev niyə məxfiliyə üstünlük verir?

Ağ Evin Ukrayna münaqişəsi ilə bağlı strategiyasına dair hesabatının və Baydenin Konqresə son müraciətinin ictimaiyyətdən gizli saxlanılması suallar yaradır. Ağ Ev niyə məxfiliyə üstünlük verir? Analitiklər Bayden administrasiyasının ehtiyatlı davranmasının əsas səbəbinin cəmiyyətin məlum məsələyə mənfi münasibət bəsləməsi ilə bağlı olduğunu bildirirlər. Bu gün ABŞ-də bir sıra sahələrdə problemlər yaşanır. O cümlədən inflyasiya artıb, istehlak mallarının qiymətləri kifayət qədər yüksəkdir. İqtisadiyyatda yaranan çətinliklər, miqrantların ölkəyə nəzarətsiz axını, yüksək vergilər, izafi xərclərin getdikcə artması ölkə vətəndaşlarının yaşayışına mənfi təsir göstərir. Xarici borcun pik həddə yüksəlməsi ölkəni defolt təhlükəsi ilə üz-üzə qoyub. Belə bir şəraitdə Bayden administrasiyasının Ukraynaya səxavətlə pul ayırması, dəyəri milyardlarla ölçülən hərbi texnika göndərməsi, büdcə kəsirinin aradan qaldırılması məqsədilə rəsmi Kiyevə dəstək verməsi ABŞ daxilində ciddi narazılıqlar yaradır. İnsanlar sual edirlər: Vəsaitlər nə üçün milli ehtiyacların qarşılanmasına deyil,  xarici ölkələrə yönəldilir?

Həmçinin ABŞ-nin dünyada getdikcə daha çox dərəcədə “müharibə dövləti” kimi tanınması sıravi vətəndaşlarda ciddi narahatlıq doğurur. Ölkənin “demokratiya rəmzi” imicinin “müharibə dövləti” imici ilə əvəzlənməsi  nəhəng dövlətləri ilə qürur duyan insanlarda kədərli təəssüratlar oyadır. İnsanların qənaəti belədir ki, ayrılan vəsaitlər bəzi regionlarda müharibələrin uzanmasına, digər regionlarda isə yeni müharibə ocaqlarının alovlanmasına səbəb olur və bu, bəşəriyyətin gələcəyini təhlükə altında qoyur. ABŞ dünya tarixində belə bədheybət rol almaqdan çəkinməlidir.

Bayden administrasiyasının öz xələfinə pis mirası

Bütövlükdə, Bayden administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı atdığı son addımlar birmənalı qarşılanmır. Məlumdur ki, bir neçə gün bundan əvvəl Bayden ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib. Bunun ardınca bəzi Avropa ölkələri də oxşar addımlar atdılar.

ABŞ  son vaxtlaradək Ukraynaya güclü dəstək versə də, ehtiyatlı davranırdı və Rusiya ilə açıq konfrontasiyaya girməkdən çəkinirdi. Uzaqmənzilli ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə icazə verilməsi isə Rusiya-Ukrayna müharibəsində artıq keyfiyyətcə yeni bir mərhələdir. Bu qərar müharibənin uzanmasına, genişlənməsinə və daha ağır fəsadlarla nəticələnməsinə yol açır. Artıq Ukrayna bəhs olunan silahlardan istifadə edib. Nəticə isə üzücüdür. Rusiyanın  ərazisinin ATACMS raketləri ilə atəşə tutulmasına cavabı sərt olub. Belə ki, Rusiyadan atılan  “Oreşnik” ballistik raketi ilə Ukraynanın Dnepropetrovsk şəhərindəki Yujmaş zavodu vurulub. Ortamənzilli ballistik raketlərin zərbələri dəqiq olub. Kadrlarda döyüş başlıqlarından çıxan alovlu izlərin yüksək sürətlə şaquli olaraq aşağı düşdüyü izlənilir. Rusiyanın raket ehtiyatları kifayət qədər çoxdur. Beləliklə, müharibənin orta və uzaqmənzilli  raketlərlə hədəflərin vurulması kimi təhlükəli mərhələsi başlayıb. Belə çıxır ki, Bayden administrasiyası müharibənin miqyasını genişləndirməklə xələfi  Tramp üçün pis miras qoyur.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2024 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see447

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see347

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see317

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see315

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see282

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see282

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see253

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

31 İyul 2026 19:34see253

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see220

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see208

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

31 İyul 2026 18:11see195

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see194

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see194

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see187

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see182

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see173

Qazlı içkilərlə bağlı yeni araşdırma: Dişlər üçün zərərlidir?

31 İyul 2026 18:59see167

Azərbaycan və İran gömrükdə yeni razılaşma imzaladı

01 Avqust 2026 01:57see163

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

01 Avqust 2026 01:59see162

Donald Tramp: İrana çox sərt zərbə vuracağıq!

31 İyul 2026 21:49see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri