Icma.az
close
up
RU
Ağ Evin keçmiş işçisi Trampın çıxışlarına mərc etdi 172 min dollar cərimə edildi

Ağ Evin keçmiş işçisi Trampın çıxışlarına mərc etdi 172 min dollar cərimə edildi

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın çıxışları ilə bağlı mərc etmək üçün xidməti məlumatlardan istifadə edən keçmiş Ağ Ev teleprompter operatoruna 172 min dollardan çox pul ödəmək tapşırılıb.

Qaynarinfo xəbər verir ki, Qabriel Peres 2025-ci ilin dekabrından 2026-cı ilin fevralına qədər ABŞ prezidentinin çıxışları zamanı hansı sözləri işlədəcəyi ilə bağlı “Kalşi” (Kalshi) proqnoz bazarında əməliyyatlar aparıb. Bu platformada istifadəçilər real dünyada baş verəcək hadisələrə dair proqnozlara mərc edə bilirlər.

Platformanın tənzimləyicisi olan ABŞ Əmtəə Fyuçersləri Ticarət Komissiyası (CFTC) bildirib ki, Peres 107 539,02 dollar məbləğində qazancı təhvil verməli, həmçinin 65 min dollar mülki cərimə ödəməlidir.

Ağ Ev məsələ ilə bağlı hələlik açıqlama verməyib. İyul ayında o zamankı mətbuat katibi Karolin Livitt Peresin ödənişsiz məzuniyyətdə olduğunu və vəzifəsinə qayıtmayacağını bildirmişdi.

CFTC cümə günü açıqladığı razılaşmada Peresin Trampın çıxışları barədə əvvəlcədən əldə etdiyi məlumatlardan “etibar və məxfilik öhdəliyini pozaraq” mərc etmək üçün istifadə etdiyini və bununla bağlı məlumatları “mənimsədiyini” bildirib.

Qurum qeyd edib ki, Peresin araşdırma ilə “nümunəvi əməkdaşlığı” nəzərə alınaraq mülki cərimənin məbləği azaldılıb.

Peresə, həmçinin üç il müddətinə ticarət əməliyyatları aparmaq qadağan edilib.

“Kalşi”nin baş hüquq məsləhətçisi Bobbi DeNo bildirib ki, qərarı alqışlayırlar. O, “X” sosial şəbəkəsində yazıb: “Kim olmağınızın fərqi yoxdur: qaydalarımızı və ya federal qanunları pozsanız, nəticələri ilə üzləşəcəksiniz”.

Şirkət daha əvvəl BBC-yə bildirib ki, analitikləri mart ayında “qeyd bazarları”nda qeyri-adi mərc fəaliyyətləri aşkar ediblər. Bu müqavilələr çərçivəsində istifadəçilər çıxış edən şəxsin konkret ölkələrin adları, seçki kampaniyası şüarları və ya müəyyən sözlər kimi ifadələrdən istifadə edib-etməyəcəyinə dair proqnoz verirlər.

Şirkətin məlumatına görə, hesab məlumatlarının araşdırılması nəticəsində həmin istifadəçinin Ağ Evdə teleprompter operatoru kimi çalışan federal hökumət əməkdaşı olduğu müəyyənləşdirilib və bu fəaliyyət barədə tənzimləyici quruma məlumat verilib.

“Prezidentlər və Federal Ehtiyat Sisteminin sədrləri kimi siyasi liderlərin işlətdiyi sözlər valyuta bazarlarında, neft fyuçerslərində və fond bazarında milyardlarla dollarlıq hərəkətə səbəb olur”, – şirkət iyul ayında yaydığı açıqlamada bildirib.

Elə həmin ay Ağ Ev İdarəetmə Ofisi əməkdaşlara məktub göndərərək proqnoz bazarlarında mərc etməmələri barədə xəbərdarlıq edib. Bu barədə administrasiya rəsmiləri BBC-nin ABŞ-dakı media tərəfdaşı CBS News-a bildiriblər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Avqust 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri