Icma.az
close
up
RU
Ağ Evin Kremlə yeni mesajı: Ankoric öldü, yeni razılaşma lazımdır

Ağ Evin Kremlə yeni mesajı: Ankoric öldü, yeni razılaşma lazımdır

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Görüşdə Ukraynadakı cəbhə xətti, Körfəzdə artan gərginlik və ikitərəfli münasibətlər müzakirə olunsa da, əsas diqqət yenidən Ukrayna müharibəsinə yönəldi. Lavrov ABŞ-ın Kiyevə silah yardımını Kremlin əsas narahatlığı kimi təqdim etdi və Moskvanın Ankoric razılaşmalarına sadiq qaldığını, həmin format çərçivəsində münaqişənin həllinə hazır olduğunu bəyan etdi.
Lakin Rubio bunun əksinə olaraq açıq şəkildə bildirdi ki, Ankoric danışıqları gözlənilən nəticəni verməyib və artıq həmin model müharibəni dayandırmaq üçün kifayət etmir. Bu görüşü əslində Kiyevin son aylarda  cəbhə xəttində yaratdığı yeni reallığın nəticəsi kimi xarakterizə etmək olar. Müharibədə yaranan yeni reallıq danışqılar masasında yeni şərtləri diqtə edir. Yeni şərait isə əvvəlki  danaşıqlar  mərhələsindən fərqli olaraq Kiyevin danışıqlar masasında mövqeyini möhkəmləndirməklə yanaşı,  manevr imkanlarını da genişləndirib.

Bu yanaşma da təsadüfi deyil. Son aylarda həm vitse-prezident C.D. Vens, həm də Rubio bir neçə dəfə bəyan ediblər ki, Ankoric görüşlərindən sonra cəbhədə vəziyyət Moskvanın planlaşdırdığı istiqamətdə inkişaf etməyib. Əksinə, onların fikrincə, Ukrayna müəyyən sahələrdə yeni taktiki üstünlüklər formalaşdırıb və Rusiya müharibənin əvvəlində qarşıya qoyduğu siyasi məqsədlərə tam nail ola bilməyib. Vensin Rusiyanın resurslarının tükənməsi barədə açıqlaması da Vaşinqtonun bu qiymətləndirməsinin tərkib hissəsi idi.

Bununla yanaşı, ABŞ administrasiyası reallığı da nəzərə alır. Vaşinqton anlayır ki, Ukraynanın yaxın perspektivdə cəbhədə elə bir hərbi dönüş yaratması real görünmür ki, Moskvanı ciddi siyasi güzəştlərə məcbur etsin. Qüvvələr nisbəti, Rusiyanın insan resursları, hərbi sənaye potensialı və nəzarət etdiyi ərazilər belə ssenarini kifayət qədər çətinləşdirir.
Məhz buna görə Rubio Lavrovla görüşdən sonra yeni bir tezis irəli sürdü: sülh yalnız yeni ideyalar və yeni kompromis mexanizmləri ilə mümkündür. Bu, əslində Vaşinqtonun əvvəlki vasitəçilik modelinin işləmədiyini qəbul etməsi kimi qiymətləndirilə bilər.

Burada diqqət çəkən başqa bir məqam isə son aylarda ABŞ-Rusiya diplomatik kanallarında müşahidə olunan durğunluqdur. Bir neçə ay əvvəl Stiv Uitkoffun və Cerad Kuşnerin Moskvaya mümkün səfərləri barədə müxtəlif məlumatlar yayılsa da, bu istiqamətdə hər hansı real irəliləyiş əldə edilmədi. Həmin səfərlərin reallaşmaması onu göstərir ki, tərəflər arasında əvvəlki qeyri-rəsmi dialoq mexanizmləri də faktiki olaraq dayanıb.

Bu isə onu deməyə əsas verir ki, Vaşinqton və Moskva arasında Ukrayna üzrə diplomatik proses yeni mərhələyə keçib. Artıq məqsəd yaxın vaxtlarda sülh sazişi imzalamaq deyil, daha çox gələcək danışıqlar üçün yeni siyasi formul tapmaqdır.

Lakin əsas problem dəyişməz qalır. Moskva nəzarəti altında saxladığı ərazilərdən geri çəkilmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Kreml həmin bölgələri artıq Rusiyanın tərkib hissəsi hesab edir və onları danışıq predmetinə çevirmək istəmir.
Kiyev isə əks mövqedə dayanır. Ukrayna rəhbərliyi ərazi bütövlüyünün bərpa olunmasını sülhün əsas şərti hesab edir. Prezident Volodimir Zelenski dəfələrlə Vladimir Putinlə birbaşa görüş keçirməyə hazır olduğunu bildirsə də, bu görüşün baş tutması üçün tərəflərin gündəlik və şərtlər üzrə razılığa gəlməsi hələ mümkün olmayıb.

Beləliklə, Rubio-Lavrov görüşü bir daha göstərdi ki, hazırkı mərhələdə diplomatik proses tərəflərin mövqelərini yaxınlaşdırmaqdan daha çox onların fərqlərini təsdiqləyir. ABŞ yeni kompromis ideyaları axtardığını bəyan edir, Rusiya isə əvvəlki razılaşmalar çərçivəsində hərəkət etməyə üstünlük verir.

Yaxın perspektivdə hərbi vəziyyət köklü şəkildə dəyişmədiyi müddətdə, tərəflərin hamısını qane edəcək siyasi kompromisin əldə olunması çətin görünür. Bununla belə, müharibənin uzanması həm Rusiya, həm Ukrayna, həm də Qərb üçün iqtisadi, hərbi və siyasi xərcləri artırır. Məhz bu amil gələcəkdə yeni diplomatik pəncərənin açılmasına səbəb ola bilər.

Hazırkı mənzərə isə onu göstərir ki, Rubio-Lavrov görüşü sülhə aparan yolun başlanğıcı deyil, əksinə, tərəflərin hələ də hansı nöqtələrdə uzlaşa bilmədiyini nümayiş etdirən növbəti diplomatik mərhələdir.

Mürtəza Bünyadlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 İyul 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri