Ağ Evin yeni mətbuat katibi əzifəsindən gedir “Fox News”
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağ Evin yeni mətbuat katibi Keti Zakariya təyinatından bir həftə keçməmiş vəzifəsindən gedir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı Ağ Evin rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, nə Keti Zakariya, nə də Ağ Ev bununla bağlı şərh verib.
Lakin ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni mətbuat katibinə təxminən bir həftəlik vəzifəsindən sonra istefa verməyi tövsiyə edib.
“Mən ona dedim ki, düzünü desəm, mən sənin yerində olsaydım, qərarımı yenidən nəzərdən keçirərdim”, - deyə Tramp Ağ Evdə jurnalistlərlə söhbətində Zakariyanın uğursuz debütü ilə bağlı vəziyyəti şərh edərkən bildirib.
“Mən dedim ki, bütün bunları yenidən düşünməlisən. Çünki bütün bunları yaşamaq istəməyə bilərsən”, - deyə Tramp əlavə edib.
Qeyd edək ki, Tramp Keti Zakariyanın təyinatını rəsmi olaraq yalnız 9 oktyabrda elan edib.
Bu mövzuda digər xəbərlər:Ağ Evin yeni mətbuat katibi
10 Oktyabr 2026 00:29
Fox News : Tramp Zelenskini qovdu
28 Fevral 2025 22:49
Fox News: “ABŞ ərazisində müharibə mümkündür”
27 Yanvar 2026 15:05
Ağ Ev Trampın tədbirlərdə zirehli jilet geyinməsini müzakirə edir “Fox News”
27 Aprel 2026 15:31
“HƏMAS Trampa yeni sövdələşmə təklif edir“ “Fox News“
22 Sentyabr 2025 21:54
Baxış sayı:102
Bu xəbər 16 Oktyabr 2026 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















